sitename

      Ermənilər 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirib - FOTO

 

Ermənistanın Şirak vilayətinin Gümrü şəhərində etiraz aksiyası keçirilib.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Aksiya 2015-ci ilin yanvarlında Avetisyan ailəsinin qətlə yetirilməsinə həsr olunub. Həmin hadisə zamanı ailənin 6 aylıq və 2 yaşlı uşaqlar da daxil olmaqla 7 nəfər Rusiyanın 102 saylı hərbi hissəsinin hərbçisi Valeriy Permyakov tərəfindən qətlə yetirilmişdi.

Bazanın qarşısına toplaşan etirazçılar Rusiya və Ermənistan hakimiyyətinə ünvanlı tələblər səsləndirib. "Gümrü-Asparez” qəzetinin baş redaktoru Levon Barseqan deyib ki, eyni tələblər 4 il əvvəl də səsləndirilmişdi.

Aksiya iştirakçıları 3 dekabr 2018-ci ildə Gümrü sakini Cülyetta Qukasyanın rus hərbçisi tərəfindən qətlə yetirilməsini də xatırladıblar. Həmin gün 57 yaşlı süpürgəçini öldürən rus hərbçi Gümrüdəki hərbi bazada gizlədilir və bu günədən Ermənistana təhvil verilməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300