Türkiyə Silahlı Qüvvələrinin qırıcıları üç terrorçunu məhv edib

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları İraqın şimalında yerləşən Zap və Sinat-Haftan bölgələrində terrorçu düşərgələrinə dəqiq zərbələr endirib.

Azərtac xəbər verir ki, nəticədə terror hazırlığında olan 3 terrorçu məhv edilib.

Digər bir rəsmi məlumatda isə bildirilir ki, Adana şəhərində keçirilən antiterror əməliyyatında 16 nəfər şübhəli qismində həbs olunub.

Bundan başqa, TSQ Türkiyənin Hatay bölgəsinin Suriya ilə sərhədinə ağır hərbi texnika toplamaqdadır.

Suriya ərazisində keçirilməsi ehtimal olunan növbəti antiterror əməliyyatına hazırlıq işləri KİV tərəfindən diqqətlə izlənilməkdədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300