sitename

         Türkiyənin silah mühəndisləri bu ölkəyə axın edir – Şok

 

Son bir il ərzində ASELSAN, TUBİTAK SAGE və TUSAŞ hərbi şirkətlərindən 100-ə yaxın mühəndis Hollandiyadakı texnoloji və müdafiə kompaniyalarına transfer olunub.

Axar.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasından olan deputat İlhami Özcan Aygun deyib.

"Son zamanlar Hollandiya hökuməti Türkiyənin müdafiə sənayesində kritik layihələrdə fəaliyyət göstərən mühəndisləri izləməyə başlayıb. Xüsusilə, son bir il ərzində ASELSAN, TUBİTAK SAGE və TUSAŞ şirkətlərindən 100-ə yaxın mühəndis Hollandiyadakı texnoloji və müdafiə kompaniyaların transfer ediliblər. Türk mühəndislərə yüksək maaş, övladlarının məktəbə adaptasiyası, ev kirayəsini ödəmək təklifləriylə bərabər, Hollandiya vətəndaşlığının verilməsi təklif edilir. Bu da Türkiyədən beyin köçünü sürətləndirir. Xüsusilə, 2018-ci ildə lirənin ucuzlaşması türk mühəndislər üçün Hollandiyanın cazibəsini artırır. Hollandiya şirkətlərində fəaliyyət göstərən türk mühəndislərin hamısının müdafiə sənayesindən gəlmələri təsadüfi deyil və bunlar milli təhlükəsizliklə bağlı problemlər yaradacaq. Mühəndislərin sahib olduqları strateji məlumatlar milli təhlükəsizliklə birbaşa bağlıdır”, – deyə o bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300