sitename

         Çində düşərgələrdə saxlanılan uyğurların sayı 3 milyona çatıb

 

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

"Report” "Yenicaggazetesi”nə istinadən xəbər verir ki, bunu Dünya Uyğur Konqresinin (DUK) sədri İsa Dolkun bildirib.

O, düşərgələrin genişlədildiyinə dair sübutların olduğunu deyərək həmin məkanlarda ölən 350 uyğur mənşəli professorun adları olan siyahının əllərində olduğunu söyləyib.

İ.Dolkun vurğulayıb ki, 2018-ci ilin yanvarında həmin düşərgələrdə saxlanılan uyğur türklərinin sayı bir milyondan çox idi: "Düşərgədə saxlanılanların arasında 80-90 yaşlarında yaşlı insanlar da var. Sabah çox gec olacaq. İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri soyqırımın bir daha təkrarlanmayacağına söz vermişdilər. Ancaq indi Çində uyğurlara qarşı soyqırım həyata keçirilir”.

Qeyd edək ki, 2018-ci ildə Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyon 120 min ictimai məmur 1 milyon 690 min uyğur türklərinin ailəsində "qonaq” olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300