ABŞ Bakıya niyə hərbi sahə mütəxəssisini səfir göndərdi?

 

Örl Litzenberger Qarabağ münaqişəsinin həllində digər səfirlərdən fərqli olaraq, yaxından iştirak edəcək. Çünki Vaşinqton öz geosiyasi maraqlarına görə Qarabağ konfliktinin həllinə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Senatının Örl Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləməsinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, yeni təyin olunan səfir, əsasən, NATO və Dövlət Departamentində hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə çalışıb:

"Dövlət Departamentinin hərbi və təhlükəsizlik sahəsində çalışan birini ölkəmizə səfir göndərməsi təsadüfi deyil. Çünki Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçdiyinə görə Vaşinqtonla Moskva arasında bu regionda siyasi toqquşmalar yaşanır. Vaşinqtonla Moskva arasında Gürcüstan və Ermənistanda siyasi toqquşma davam edir. Ona görə də ABŞ regionun əsas dövlətinə göndərdiyi səfiri xüsusi seçib”.

Politoloq qeyd edib ki, ABŞ müəyyən zamanlarda regionda baş verən proseslərə uyğun olaraq ölkəmizə səfir təyinatını diplomatların peşə xüsusiyyətlərinə və çalışdıqları sahəyə görə təyin edib:

"Əvvəllər ABŞ regionumuzda enerji məslələrinə üstünlük verdiyi üçün daima bu sahə üzrə ixtisaslaşan və təcrübəsi olan diplomatları ölkəmizə səfir göndərib. Artıq enerji məsələləri öz həllini tapıb, bu layihələrin qarşısında olan əngəllər ortadan qaldırılıb. İndi Vaşinqtonun qarşısında duran əsas məqsəd Azərbaycanla siyasi-hərbi əlaqələri gücləndirmək və Qafqazda mövqeyini artırmaqdır”.

Politoloq vurğulayıb ki, yeni səfirin Azərbaycanda fəaliyyəti gərgin olacaq:

"ABŞ-Azərbaycan əlaqələri hərbi-texniki və təhlükəsizlik sahəsində də inkişaf edəcək. Hətta ABŞ-dan böyük partiya silah alışı da reallaşa bilər. Həmçinin yeni səfirin ölkəmizin avrointeqrasiya kursuna dəstək verəcəyini düşünürəm”.

Qeyd edək ki, ötən gün ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300