sitename

               2019-dan əfv gözləntisi

 

Səidə Qocamanlı: "Siyahımızda olan siyasi məhbusların böyük bir qismi azadlığa çıxa bilər”

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanmaması müzakirələr sırasındadır. Hüquq müdafiəçilərinin və hüquq müdafiə təşkilatlarının siyasi məhbus kimi təqdim etdikləri bir sıra siyasi məhbuslar var ki, onların bu il azad olunub-olunmayacaqları ciddi suallar doğurur.

Hazırda həbsxanada sabiq səhiyyə naziri Əli İnsanov, gənc blogger Mehman Hüseynov, NİDA-çı İlkin Rüstəmzadə, AXCP-dən Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Məmməd İbrahim, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu kimi siyasilər məhbus həyatı yaşayırlar. Bu ilin hansı önəmli tarixində əfv sərəncamının veriləcəyi də ciddi şəkildə müzakirə edilir. Gözlər daha çox Novruz bayramına dikilib. Qarşıdakı günlərdə Əfv Komissiyasının müntəzəm şəkildə iclaslarının başlayacağı və komissiyasının Bahar bayramına qədər işlərini yekunlaşdıracağı qeyd olunur.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı ötən il əfv sərəncamının verilməməsindən və siyasi məhbusların həbsdə qalmasından üzüldüyünü dilə gətirdi: "2018-ci ili siyahımızda adları yer alan məhbusların həbsdə qalması ilə başa vurduq. Uzun illər belə bir ənənə formalaşmışdı ki, həm Yeni ildə, həm də Novruz bayramında əfv verilirdi. Bizlər və azadlığa çıxan məhbusların ailələri sevinirdi. Nəticədə siyahımızdakı adlar da azalırdı.

2019-cu ilə bu problemlərlə addımlayaraq keçdik. Deyərdim ki, 2018-ci ilin ikinci yarısında insan hüquqları sahəsində bizləri sevindirəcək nələrsə olmadı. Əksinə azadlığa çıxmaq imkanları yüksək olan məhbuslar var idi. Sevinirdik ki, onlar azad olunacaq və siyahımız azalacaq. Azadlığa çıxmalarına çox az bir müddət qalmışdı. Amma buna baxmayaraq, onlara yeni maddələr verildi və nəticədə həbs müddətləri daha da uzadıldı. Bu nəyə lazım idi? İnsan hüquqları sahəsində niyə belə hallar baş verir ki, biz də günah obyektinə çevrilirik? Biz bu ildə yeni bir əfv sərəncamının verilməsini gözləyəcəyik.

Arzu edərdim ki, bu il siyahımıza əlavələr olmasın, yəni həbslər olmasın. Köhnə siyahının öz qüvvəsində qalmasını və oradakı məhbusların azadlığa buraxılmalarını arzu edərdim. Bu siyahının qapadılması zamanı çoxdan gəlib. Bizim kifayət qədər problemlərimiz var. Onları həll etmək lazımdır. Siyasi məhbus problemini gündəmdən çıxarmaq lazımdır. Bu il siyahımızda olan siyasi məhbusların böyük bir qismi azadlığa çıxa bilər. Təbii ki, kimlərinsə ağlına nəsə gəlib, onlara əlavə maddələrlə cinayət işi açılmasa, bu mümkündür. Sanki hansısa qüvvələrə lazımdır ki, siyasi məhbus problemi ilə bağlı Azərbaycana olan qınaqlar səngiməsin. İlk dəfədir ki, belə hallarla şahid oluruq ki, məhbusun azadlığa çıxmasına aylar qalanda əlavə cinayət maddələri ilə iş açılır. Bu Azərbaycanı sevənlərin marağında ola bilməz. Ümidimizi növbəti bayramlara dikmişik. Əfv Komissiyası daimi işləyir və bu qurumun əməyini itirmək olmaz. Amma sərəncamı vermək birbaşa prezidentin səlahiyyətindədir. Şəxsən mən heç zaman ümidimi itirmirəm. Arzu edərdim ki, siyahımızda olan 32 məhbusun hamısı azadlığa buraxılsın. Bu ayın sonunda İşçi Qrupunun iclası gözlənilir”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300