sitename

           Müsavat fəalı ev dustaqlığına buraxılmadı

 

Yanvarın 3-də Bakı Apelyasiya məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail məhkəməsinin qərarından şikayətinə baxılıb.

 

Bu barədə qardaşı Vasif Sadıqbəyli məlumat yayıb.

 

Onun sözlərinə görə, məhkəmənin başlamasına yarım saat qalmış onlara məhkəmə olacağı barədə xəbər verilib.

 

Apelyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin ev dustaqlığı ilə bağlı qərarından verilən şikayəti qüvvədə saxlayıb.

 

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

 

İttihama görə, müsavatçı "Nikoilbank"ın adından saxta sənəd hazırlayıb.

 

Bildirilir ki, o, kreditlə aldığı "Niva" avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb.

 

İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

 

Ə.Sadıqbəyli ittihamı qəbul etmir.

 

Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur.

 

Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.

 

Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

 

Türkan Bəşir, Toplum TV

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300