Şimali Koreyanın İtaliyadakı səfiri rəsmi Romadan sığınacaq istəyib

 

Şimali Koreya Xalq Respublikasının İtaliyadakı səfir səlahiyyətlərini icra edən Ço Son Gil diplomatik missiyasını yerinə yetirdiyi ölkədən siyasi sığınacaq istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Chosun İlbo” qəzeti məlumat yayıb.

Qəzet diplomatın 2018-ci ilin dekabrında İtaliya hakimyyətinin himayəsi altında olduğunu bildirib.

Lakin rəsmi Roma hələ ki bu informasiyanı təsdiq etməyə tələsmir. İtaliyanın ANSA agenltiyi Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı rəsmi məlumata malik olmadığnı bildirib.

Cənubi Koreya kəşfiyyatı isə Ço Son Gilin hələ keçən ilin noyabrından xanımı ilə birlikdə yoxa çıxdığını təsiqləyib.

Ço Son Gil 2017-ci ildən, İtaliyanın rəsmi Pxenyanın nüvə sınaqlarına etiraz əlaməti olaraq Şimali Koreya səfiri Mun Çon Namı qovmasından sonra onun səlahiyyətlərini icra edirdi.

Cənubi Koreya isə hələ ki qaçqın diplomat barədə mövqeyini açıqlamayıb. Adətən Şimali Koreyadan qaçanlar Seula sığındığı üçün səfir Ço Son Gilin də buraya gəlməsi gözlənilir. Məsələn, 2017-ci ildə KXDR-in Böyük Britaniyadakı səfirliyinin müşaviri Txe Yon Xo da xanımı və uşaqları ilıə birlikdə yarımadanın cənub hissəsinə sığınmışdı.

Lakin indi vəziyyət bir qədər fərqlidir. Belə ki, hər iki dövlət arasında hazırda istiləşmə müşahidə olunur. Buna görə də rəsmi Seulun yaranan probelmlə əlaqədar hansı davranış sərgiləyəcəyi indidən maraq doğurur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300