Səudiyyə tarixində növbəti inqilabi hadisə...

 

Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq.

Axar.az xəbər verir ki, bu haqda məlumat Səudiyyənin əyləncə layihələri şirkəti tərəfindən yayılıb. Səudiyyə Ərəbistanın paytaxtında Şərq dairəvi yolu üzərində yerləşən ilk əyləncə kompleksinin sahəsi təqribən 100 min kvadratmetrdir. Müasir metodlar əsasında layihələşdirilmiş kompleks müxtəlif əyləncə obyektlərini əhatə edir.

Şirkətin direktorlar şurasının sədri Abdulla bin Nasir əl-Daud bildirib ki, bütün ölkə ərazisində yaradılması nəzərdə tutulan əyləncə kompleksləri müasir dizaynı ilə fərqlənəcək. Burada idman tədbirləri və əyləncə şouları keçirilməsi üçün açıq məkanlar, çoxsaylı restoranlar, kafe, kinoteatr və digər obyektlər olacaq. Direktorlar şurasının sədrinin sözlərinə görə, bu komplekslər asudə vaxtın səmərəli keçirilməsi, idman və incəsənət məşğələləri, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsi üçün ideal məkana çevriləcək.

Nəzərdə tutulmuşdur ki, əyləncə mərkəzlərində həm ölkə vətəndaşlarına, həm də turistlərə müxtəlif xidmətlər təqdim ediləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300