sitename

                 Bildirçin yumurtasının FAYDALARI

Toyuq yumurtasından nisbətən kiçik , qida dəyəri daha zəngin olan bildirçin yumurtası, ölkəmizdə xüsusilə körpənin qidalanmasında üstünlük verilən bir yumurta növüdür. Sarısında olan zülal ana südündəki zülala bərabər xüsusiyyəti daşıyan yeganə qida olan bildirçin yumurtası, dünyanın bir çox ölkəsində təbii bir müalicə üsulu olaraq üstünlük təşkil edir.

 

Bildirçin yumurtasında olan vitamin və minerallar hansılardır?

Toyuq yumurtası, hinduşka yumurtası, qaz yumurtası və ördək yumurtası kimi yumurta növlərindən daha çox vitamin və mineral ehtiva edən bildirçin yumurtası, bol miqdarda A, E, B 12 vitamini, riboflavin, folat və pantotenik turşusu daxildir. Kalsium, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink və selenyum bildirçin yumurtasında olan mineral növləridir.

 

Bildirçin yumurtasının faydaları nələrdir?

Öskürək, asma, bronxit, mədə və döş xəstəliklərinin müalicəsində istifadə edilən təbii antibiotikdir.

Qan azlığı və anemiya xəstəliyinə yaxşı təsir edir.

Ürək əzələlərini gücləndirir və ürək xəstəliklərinə tutulma riskini azaldır.

Uşaqların fiziki və zehni inkişaflarının artırılmasını və iştahlarının açılmasına köməkçi olan bildirçin yumurtası, daşıdığı amin turşusu ilə də uşaqların immunitet sistemini gücləndirir.

Cinsi gücü arttırır

İnsan bədəninə güc verərək əməliyyat yaralarının tez bir zamanda yaxşılaşmasına köməkçi olur.

 

Bildirçin yumurtasının zərərləri nələrdir?

Körpələrin inkişafı üçün istifadə edilən bildirçin yumurtası həkimlə məsləhətləşmədən verilməməlidir, çünki uşağın böyrəklərinə yüklənməsinə səbəb ola bilər. İntensiv şəkildə bildirçin yumurtası yeyən uşaqlarda erkən yetişkinlik baş verir. Daha əvvəl ürək problemləri olan və ya yüksək xolesterin şikayəti olan insanlarda mənfi təsirləri ola bilər. Bu səbəblə bildirçin yumurtası istifadə edərkən mütləq mütəxəssislərə məsləhət edilməlidir.

 

Bildirçin yumurtası necə bişirilir?

Adətən çiy olaraq istifadə edilən bildirçin yumurtası soyutma edərək və ya tavada yağda bişirilir. Ancaq bildirçin yumurtasının çiy olaraq istifadə edilməsi təklif edilir. Çox kiçik olduğundan digər yumurtalar kimi asan qırılmır, ortasından bıçaq ilə kəsərək və əl köməyi ilə qırmaq mümkündür.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300