sitename

         Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər

 

Rusiyanın ən varlı şəxslərinin cəmi sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb.

"Report” bu barədə "Bloomberg Milyarderlər İndeksi"nə istinadən xəbər verir.

Reytinq, ümumilikdə, dünyanın ən varlı 500 adamını əhatə edir. Rusiyadan həmin siyahıya 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.

Vladimir Potaninin sərvəti il ərzində 687 mln. dollar artaraq 19,6 mlrd. dollara çatıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutub. Siyahıda ikinci yerdə Leonid Mixelson yer alıb. Onun sərvəti ötən il ərzində 2,77 mlrd. dollar artaraq 19,4 mlrd. dollara yüksəlib. Bunadək Mixelson varlı ruslar siyahısında ardıcıl dörd ay birinci yerdə olub. Üçüncü yerdə isə il ərzində sərvətinin 146 mln. dollar azalmasına baxmayaraq, Vladimir Lisin yer alıb. Onun sərvəti ilin sonuna 17,9 mlrd. dollar dəyərləndirilib.

Daha sonra reytinqdə 17,4 mlrd. dollar sərvəti ilə Aleksey Mordaşov qərarlaşıb. Milyarder il ərzində 2,23 mlrd. dollar itirib. İlk beşliyi il ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran "LUKoil” prezidenti Vahid Ələkbərov tamamlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300