Fransada polis neft anbarını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb

 

Bu gün səhər Fransanın Ruan şəhəri yaxınlığında polis neft terminalını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polis əməkdaşı Benua Lemer məlumat verib.

"Heç bir mühasirə qəbuledilməzdir. Neft bazasının qarşısında od qalamaq çox təhlükəlidir. Aksiya iştirakçıları məsuliyyətsiz hərəkətlərinə görə məhkəmə qarşısında cavab verməlidirlər", - B.Lemer deyib.

Ekspertlərin fikrincə, bu neft anbarı Primorskaya Sena departamentinin əsas strateji obyektlərindən biridir. Ötən ay ərzində o, "sarı jiletlər" tərəfindən iki dəfə mühasirəyə alınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300