Ərdoğan "2018-ci ilin ən görkəmli dünya lideri" seçildi

 

Misirin sabiq prezidenti Məhəmməd Mursi 52 faiz səslə ikinci sırada qərarlaşıb.

Ərəb dünyasında olduqca təsirli bir media şəbəkəsi olan Rassdnews "2018-ci ildə dünyanın ən görkəmli lideri" nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "2018-ci ilin ən görkəmli dünya lideri" seçilib.

300 min nəfərin iştirak etdiyi səsvermədə Ərdoğan səslərin 77 faizini qazanıb. Misirin sabiq prezidenti Məhəmməd Mursi isə 52 faiz səslə ikinci sırada qərarlaşıb.

Ərdoğandan başqa ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz də vətəndaşların bəyəndiyi liderlər olub.

25 yanvar 2011-ci il tarixində Misirdə yaradılan Rassdnews media şəbəkəsi ərəb dünyasında çox populyar bir nəşr hesab edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300