Qırmızı diplomlu, baş leytenant şəhid Ramil İmanovun şəhadət günüdür-REPORTAJ

"Şəhidlərimizi hər gün anaq" layihəsindən bu dəfə qırmızı diplomla universiteti qurtarmış, baş leytenant İmanov Ramil Davud oğlu haqqında reportajı uluyol.az təqdim edir:
İmanov Ramil Davud oğlu 1980-ci il Martın 11-də Neftçala rayonu Aşağı Qaramanlı kəndində dünyaya göz açmışdı. Orta məktəbə Qədimkənd kəndində yerləşən məktəbə getmiş və oranı 1997-ci ildə əla qiymətlərlə bitirmişdir. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Politologiya fakultəsinə qəbul olur. 2001-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirir.
Qədimkənd məktəbinin qocaman müəllimlərindən olan dil-ədəbiyyat müəllimi Rafayıl müəlllim Ramil haqqında dediklərindən:
" Ramil yeganə şagird idi ki, heç bir müəllim yanına hazırlığa, repitetra ehtiyac duymadan öz biliyi ilə necə məktəbi əla qiymətlərlə bitirmişdisə, elə universitetidə əla qiymətlərlə bitirdi. Məhz xüsusi fərqlənmə nişanı olan Qırmızı diploma öz bacarığı, biliyi nəticəsində almışdı. Qaranlıq qalan mövzu olanda məktəb dəhlizlərində bir də görərdin ki, yaxınlaşdı. Ta ki, o vaxta qədər sorğu-sual edib, sonda rahatlaşardı..."
Ramil İmanovun tələbə yoldaşı isə :-Ramilin itkisi təkcə ailəsinə, doğmalarına deyil, onun savadını, patensialını bilən insanları sarsıtdı. Ramil o qədər savadlı, bacarıqlı tələbə idi ki, əgər bizdən öncə imtaahanda iştirak edərdisə, o zaman bizim qiymət almaq şansımız yox idi. Yəni, əgər Ramil 5 aldısa, onun suallara cavabı, göstərdiyi nəticə müqabilində bizim əla qiymət almaq şansımız qalmırdı. Məhz belə bir dost, yoldaş, Vətənin bütövlüyü, güclənməsi üçün lazımlı kadr... O şəhid olaraq həm ən uca zirvəni fəth elədi, həmdə xalqına millətinə sevgisini sübut etdi. Ruhu şad olsun"

 

2002-ci il Neftçala Rayon Hərbi Komisarlığından leytinanat rütbəsində orduya çağırılmışdır.Hərbi xidmət zamanı tağım komandiri olmuşdur.Hərbi nizam intizamı, verilən tapşırıqları zamanında dəqiq, səlis yerinə yetirdiyi üçün baş leytinant rütbəsi almışdır. 2003- cü il iyulun 23-də döyüş tapşırığını yerinə etirərkən ağır yaralanmışıdır. Aldığı yaranın dərin, daxili orqanlarını sıradan çıxardığı üçün uzun zaman müalicə almışdır.2004 cü il dekabr ayının sonuncu günü əbədiyyətə, şəhidlik məqamına yetişir. Məzarı Neftçala rayonu Aşağı Qaramanlı Şəhidlər Xiyabanındadır.

 

 

Ramil İmanovun atası Davud kişi uzun illər rayonda yol idarəsində çalışmışdır. Davud kişi rəhmətə gedəndə ailəsində 4 oğlan övladı atasız qalır.Onlara həm ata, həm ana olan Aminə ananın himayəsində.

Ailənin böyük övladı hüquq-mühafizə orqanlarında yüksək rütbəli zabit, ikinci övlad Rahim-Neftçala rayonu Xılllı Qəsəbəsində yerləşən 2 saylı orta məktəbin direktoru, üçüncü övlad Ramil İmanov və son beşik Samir. Ailədə təkcə Samir təhsili orta məktəb səviyyəsindədir.Evin son beşiyi olduğundan Aminə anaya yardım, həyət-baca, heyvan-qara işlərinə sahib çıxıb.Ramil İmanovun uzun sürən müalicəsi dönəmində Samir xidmət etmişdir.

Aminə ana Ramili xatırlayır:

"Övladlarımın hər birindən razıyam, atasız olmalarına baxmayaraq məni incətməyiblər. Başlarını aşağı salıb dərslərini oxuyub,Vətənə millətə layiqli kadr olublar. Samirdə mənə gündəlik görücələk işlərdə yardımçı olub. Ramil elə savadlı oğul idi ki, bir dəfə ona yun köynək almışdım.Bir də gördük ki, aparıb qaytarıb dükana-əvəzində test kitabı alıb.Yeganə dərdi səri dərs,dərs dərs... Rahimin qızına Ramilin adını qoymuşuq-adı Ramilədir.Maşallah əmisi kimi çalışqan, savadlı uşaqdı.Allah taleyini uzun, bərəkətli eləsin".

 

Allah rəhmət eləsin

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300