Yeni il bayramı üzərində Allahın kodlaşdırılmış möhürü var –ELMİ-LƏDUN

 

Son illərdə 31 dekabr - Yeni il bayramı çatanda cəmiyyətdə ən çox müzakirə edilən məsələ bu günün bayram kimi qeyd edilməsinin düzgün olub-olmaması ilə bağlı olur. Yenə də bu mövzu sosial şəbəkələrin müzakirə mövzusudur. Cəmiyyətin dindar kəsimi 31 dekabrın müsəlmançılıqla heç bir əlaqəsi olmadığını, xristiyan bayramı olduğunu iddia etməkdədirlər.

 

Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün, elmi-lədun bilicisi və psixoterapevt Paşa Yaquba müraciət edib. Onun fikirlərini oxuculara təqdim edirik:

 

-Quranda belə bir ayə var: "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" ("Yunis” surəsi, 5)

Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların, elmi artdıqca, əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay (Qəməri) təqvimini yaratdılar ki, burada bir il 355 gündür.

 

Elm bir qədər də inkişaf etdikdən sonra, Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi yaradıldı.

 

- Ateistlər bu təqvimlərin insan beyninin məhsulu olduğunu, Allaha aid olmadığını iddia etməkdədirlər.

 

- Elmi-lədun hesablamalarımız göstərir ki, hər iki təqvim insan beyninin məhsulu olsa da, Allah Öz kodlaşdırılmış möhürünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları oxuculara təqdim edirirəm:

 

1) Öncə qeyd edək ki, insanlar Günəş və Ay təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.

 

Bildiyimiz kimi, "Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün "Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan "Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı).

2) Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, "Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 (!) gündür

 

3) Elmi-lədun hesablamalarımız göstərir ki, Allah öz kodlaşdırılmış "möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində "Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.

 

4) "Quran”da 286 ədədi ilə bağlı digər maraqlı məqam, 2-ci ("İnək”) surənin 286 ayədən ibarət olmasıdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bayramlar iki-iki (!) biri-biri ilə bağlanırar ki, bu bağlılıq da özünü məhz 286 ədədi ilə büruzə verir (İnsanın yaranması da iki nəfərin cütləşməsindən sonra baş verir).

Həmçinin, müqəddəs kitabı elmi-lədun yolu ilə araşdırdıqda görürük ki, burada keçən bütün hadisələrin bənzəri 2-ci dəfə mütləq baş verir. Odur ki, 2-ci surədə əlamətləri təsvir edilən inək qurbanının da yaxın zamanlarda təkrar kəsiləcəyi gözlənilir. Bundan sonra bəşəriyyət zülmdən xilas olacaqdır – Necə ki, Musanın dövründə xilas oldu.

 

Bütün bu hesablamalardan da göründüyü kimi, 31 dekabr ilin başa çatması və yeni ilin başlanğıcı olmaqla, həqiqətən də bayramdır və üzərində Yaradanın kodlaşdırılmış "möhür”ü var. İnsanların elmi artdıqca və mənəviyyatı zənginləşdikcə, bu kodları anlamağa başlayacaqlar. Anladıqca da, bəşəri dəyərlərə, İlahi qanunauyğunluğa tabe olacaq və beləliklə, mövcud böhrana son qoyacaqlar.

Bir daha yeni ilin başlaması və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə saytınızın yaradıcı kollektivini və oxucularını təbrik edirəm.

 

(moderator.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300