sitename

         Jan-Klod Yunker: "Avropa Birliyi Böyük Britaniyanı saxlamağa çalışmır”

 

"Avropa Birliyi Böyük Britaniyanı tərkibində tutmağa çalışmır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının hazırkı sədri Jan-Klod Yunker Almaniyanın "Welt am Sonntag” qəzetinə söyləyib.

J.K.Yunker ada dövləti ilə müzakirələrdə əsas məqsədlərinin gələcək münasibətlərə aydınlıq gətirilməsi olduğunu qeyd edərək, Böyük Britaniya xalqının referendumdakı qərarına hörmətlə yanaşdıqlarını vurğulayıb.

Onun sözlərinə görə, Avrop Birliyi "Brexit” prosesinin davam etməsi üçün Böyük Britaniya parlamentinin qərarını gözləyir.

”Mən işimi Britaniyanın AB-ni tərk etməsi əsasında qurmuşam. Çünki bunu Böyük Britaniya xalqının özü istəyib”,-deyə Yunker qeyd edib.

Avropa Komissiyasının sədri "Brexit”lə ağlı ikinci referendum məsələsinin britaniyalılardan asılı olduğunu qeyd edərək, adadakı Birlik tərəfdarlarına yaşıl işıq yandırıb.

Jan-Klod Yunker son vaxtlarda Avropa Birliyini ABŞ, daha doğrusu onun prezidenti Donlad Tramp arasında ticarətlə bağlı yaranan gərginliyə də toxunub.

"Mən ona verdiyi sözü tutana qədər inanıram. Əgər o, vədindən dönsə o zaman özümü verilmiş sözlərə bağlı hiss etməyəcəm”,-deyə Yunker sonda qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300