Buzovnadakı uşaq evindən ŞOK görüntülər - FOTOLAR

 

Uluyol.az xəbər verir ki, 27 dekabr 2018-ci il tarixində BDU-nun Jurnalistika fakultəsinin bir qrup tələbəsi Buzovna qəsəbəsində yerləşən "Gindes” uşaq internat evindəki kimsəsiz uşaqları ziyarət edib. Tələbələr bu uşaqları müxtəlif şirniyatlarla, hədiyyələrlə, geyim əşyalarıyla, oyuncaqlarla, musiqilərlə onları sevindirməyə çalışıblar.

Lakin internat evindəki vəziyyət tələbələrin diqqətindən də yayınmayıb. Sözügedən fakultənin 2-ci kurs tələbəsi Lalə Nizam öz "Facebook” səhifəsində internat evindəki vəziyyəti əks etdirən foto və video görüntülərini yayıb.

Məlumatda qeyd olunur ki, internatda antisanitar vəziyyət hökm sürür:"Uşaqların normal və sağlam yaşamasıüçün demək olar ki, heç bir şərait yoxdur. Yataq otaqlarındakı pəncərələr sınıq, divarlar isə çat vermiş və tökülmüş haldadır. Uşaqların çarpayıları üzlüksüz və çirkab içindədir.Mətbəx demək olar ki, yoxdur, qab-qacaqlar, stəkanlar və digər məişət əşyaları sözün əsl mənasında çirkab içindədir. Hamam və ayaqyolu isə sözlə ifadə edə bilməyəcəyim bir haldadır. Ətrafı bürüyən antisanitar vəziyyət, otaqlardan, ayaqyolundan və həmçinin uşaqların geyimlərindən gələn pis qoxular sözün əsl mənasında xəstəlik saçır”.


Uşaqlara yeterincə qulluq,qayğı, diqqət göstərilmir, əksinə "müəllimə” adlandırdığımız dırnaqarası baxıcıların uşaqlarla sərt və etikadan kənar davranışlarının açıq şahidi olmaq olur. Bundan əlavə internat evinin həyətində loru dildə desək "Bayquş ulayır”. Uşaqların oynaması, əylənməsi üçün heç bir şərait yoxdur.


Bir sözlə gələcəyimiz təhlükədədir. Bir insan olaraq, gələcəyin jurnalisti olaraq və ən əsası da Azərbaycan Respublikasının vətəndaşı olaraq aidiyyatı qurumlardan bu vəziyyətə biganə qalmamaqlarını xahiş edirəm. Çünki uşaqlar bizim gələcəyimizdir. Mən gələcəyimizin sual altında qalmağını istəmirəm. Xahiş edirəm bu vəziyyətə biganə qalmayaq və bacardığımız qədər bu məlumatı paylaşaq…”


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300