Donald Tramp və Si Cinpin arasında telefon danışığı olub

 

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı D.Tramp çinli həmkarına Çin-ABŞ münasibətlərinin çox vacib olduğunu və bütün dünyanın bu əlaqələri izlədiyini bildirib: "Çin-ABŞ münasibətləri çox vacibdir, bütün dünya bu münasibətləri izləyir. Mən çox şadam ki, iki ölkənin işçi qrupları hazırda sizinlə Argentinada əldə olunmuş konsensusun həyata keçirilməsi üzrə səylər göstərirlər. Hazırda bu dialoqda böyük tərəqqi əldə olunub".

S.Cinpin öz nöbəsində ikitərəli münasibətlərin hazırda çox vaxib mərhələdə olduğunu qeyd edərək əlavə edib ki, hər iki ölkənin nümayəndə heyəti ticarət məsələləri üzrə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə fəal işləyirlər.

Gələn il Çin-ABŞ münasibətlərinin qurulmasının 40 ili tamam olduğunu bildirən S.Cinpin ABŞ-la ticarət-iqtisadi, hərbi, eləcə də narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.

Bundan əlavə, tərəflər Koreya yarımadasındakı vəziyyətlə, qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

D.Tramp və S.Cinpin bir-birini yeni il münasibəti ilə təbrik ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300