sitename

           Belə getsə, Çin Qazaxıstanı özünün növbəti əyalətinə çevirə bilər-  "Le Monde”

 

Fransanın "Le Monde” qəzetində Çin dövlətinin Qazaxıstandakı ekspansiya siyasəti ilə bağlı maraqlı yazı qələmə alınıb.

Müəllif Bris Pedroletti Nursultan Nazarbayev hökumətinin hazırkı anda Çinin faşist düşərgələrində əsirlik həyatı yaşayan qazaxları yalnız qeyri-hökumət təşkilatların köməyi ilə müdafiə edə bildiyini qeyd edir.

Fransalı analitik Çinlə Qazaxıstan arasında hazırda 27 milyard dollarlıq 51 layihənin gerçəkləşdirildiyini vurğulayaraq rəsmi Pekinin böyük üstünlük əldə etdiyini bildirir.

"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində təhlükəsizlik sahəsində imzalanan anlaşmalar və gündən-günə artan iqtisadi asılılıq Astananın Pekinə qarşı öz vətəndaşlarını və soydaşlarını müdafiə etmək üçün təsir imkanlarını zəiflədir”,-deyə yazıda bildirlir.

Maraqlıdır ki, ölkə daxilində bütün etirazları susdura bilən avrtoritar rejim indi Sincan-Uyğur bölgəsindəki əsir düşərgələrində saxlanılan qazaxları qorumaq üçün qeyri-hökumət təşkilatlarına geniş ixtiyar verib.

Bunu "İnsan haqları uğrunda beynəlxalq büro” QHT-nin rəhbəri Gülmirə Kuatebekova da müəlliflə söhbətində təsdiqləyib.

Siyasi müxalifət isə ölkədəki hakm sinifdə baş alıb gedən korrupsiya ucbatından ölkənin Çindən tamamilə asıl vəziyyətə düşməkdə olduğunu bəyan edir.

"Məsələn, hansısa layihə ilə bağlı müzakirələr aprılan zaman çinlilər bütün avadanlıqların və mühəndislərin Çindən gəlməsini tələb edirlər. Əvvəlcə çinlilərlə bağlı 30%-lik kvota qoyusa da, bu rəqəm nədənsə 70%-ə çıxır. Daha sonra isə qazax fəhlələrin maaşlarını, ümumiyyətlə, ən aşağı səviyyəyə endirirlər”,-deyə müxalifətdə olan, lakin parlamentə düşə bilməyən Ümummilli sosial demokrat partiyasının liderlərindən Aydar Alibayev Pedrolettiyə deyib.

"Bundan başqa, çinlilər burada ekspansiyanın daha "mədəni formasını həyata keçrirlər. Bir çox çinli Qazaxıstana gələrək burada qazax qadınlarla ilə ailə qurduqdan sonra Çindəki bütün qohumlarını da ölkəyə yerləşdirir”,-yazıda vurğulanır.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300