sitename

            "Kontakt Home" müştərilərin başına oyun açır- ŞİKAYƏT

"Kontakt Home" mağazalar şəbəkəsi əlavə məbləğ ödəyərək "Qızıl Zəmanət" almaları üçün müştərilərin başına oyun açır.

 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin müştərisi olmuşİlkin Məcidovsosial şəbəkə hesabında yazıb. O, "Kontakt Home"un fırıldaqçılıq yolu ilə müştəriləri müxtəlif xidmətlərə qoşulmağa təhrik etdiyini qeyd edib:

 

"20 dekabr tarixində "Kontakt Home"un 20 yanvar filialından televizor almışdım. Quraşdırılması üçün ayrıca da xidmət sifariş vermişdim. TV vaxtında gəlsə də, quraşdırılma xidməti gecikdi. Buna görə "Kontakt Home"un qaynar xəttinə zəng vurdum. Məni 25 dəqiqə xəttə gözlətdikdən sonra dəstəyi asdılar. Yenidən əlaqə saxladım və 22 dəqiqə sonra cavab bildirdilər ki, servis xidməti 2 gün sonra gələcək. Lakin servis 4 gün sonra mənimlə əlaqə saxladı.

 

Gətirdikləri televizor da xarab çıxdı və geri apardılar. Öz səhvlərinə görə məni 9 gün ora-bura istiqamətləndirdilər. Başa düşdüyüm odur ki, malı alanda qiymətdən əlavə 200 manata da "Qızıl zəmanət" təklif edirlər. Bunu istəməyən müştərilərin də başına belə oyunlar açırlar ki, alıcı məcbur bu xidməti alsın".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300