sitename

           Özbəkistan parlamentinə hökumət üzvlərini təsdiq etmək səlahiyyəti verilə bilər

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev hökumət üzvlərinin Ali Məclis tərəfindən təsdiq olunması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan prezidenti bu fikri parlamentə müraciətində səsləndirib. O deyib: "İslahat yeniləşmə, dəyişmə deməkdir. İslahatların müsbət nəticə verməsi üçün bütün cəmiyyət, ən əvvəl isə biz rəhbərlər dəyişməliyik. İnsan dəyişərsə, ölkə də dəyişər. Belə ki, yaşadığımız dövr rəhbərlərdən, deputatlardan, aparıcı mütəxəssislərdən tələb edir ki, öz fəaliyyətlərini tənqidi analiz, ciddi nizam-intizam, fərdi məsuliyyət əsasında qursunlar. Gələcək nazirlər parlament qarşısında məsuliyyət hiss etməli, öz vəzifələrinə layiq olduqlarını göstərməlidirlər”.

Qeyd edək ki, indiyə qədər Özbəkistanda nazirlər, dövlət idarələri və şirkətlərin rəhbərləri prezidentin və hökumətin fərman və qərarlarına əsasən təyin edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300