sitename

          İtaliya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir

 

İtaliya hökuməti Yəməndəki müharibə və İstanbulda səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı yaxın vaxtlarda Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu 2018-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı baş nazir Cuzeppe Konti bildirib.

"Bu məsələnin həqiqətən gündəmdə olduğunu təsdiq edirəm. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini araşdırır, müdafiə naziri, xarici işlər naziri və baş nazirin müavini Luici di Mayo ilə düşünüb-daşınırıq. O da bir sıra dosyalara böyük maraq göstərir. Tezliklə məsələyə dair qənaətə varacağıq”, - deyə hökumət başçısı qeyd edib.

Baş nazir həmçinin ayın əvvəlindəki G-20 zirvə görüşü zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla söhbətində jurnalistin qətlə yetirilməsilə bağlı tam həqiqəti üzə çıxardaraq beynəlxalq hüquq normaları əsasında məsələyə dair hərtərəfli məhkəmə istintaqının aparılmasını Avropa dövlətləri adından tələb etdiyini dilə gətirib.

"Yaxın həftələr ərzində qərar verəcəyik. Silah satmağa tərəfdar deyilik, bu qərarı, sadəcə, rəsmi çərçivəyə salmaq qalır”, - deyə İtaliya hökumət başçısı vurğulayıb.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300