Azərbaycanlı müğənniyə qadağa- Konsert keçirmə!

İran hökuməti "Barış” musiqi qrupunun konsert keçirməsinə icazə verməyib.

Eurasia Diary xəbər verir ki, bu barədə Güney Azərbaycanın tanınmış müğənnisi Məsud Barış şəxsi İnstaqram səhifəsində yazıb.

O, konsertə hansı səbəbdən icazə verilməməsindən xəbərsiz olduğunu bildirib:

"Təəssüf ki, yenə də məlum olmayan səbəblərə görə mənim konsert keçirməyimə icazə verilmədi. Məlum insanlar, hətta musiqidən anlamayanlar paytaxtdan Təbrizə üz tutur, icazəli şəkildə 40 gün əvvəldən reklama başlayır. Onlar biletdən əldə etdikləri gəlirlə kimliyi məlum olmayan mənasız musiqilər istehsal edir və bu şəkildə əhalinin zövqünü korlayırlar. Maraqlıdır ki, həmin qruplar müxtəlif rəsmi orqanlar tərəfindən dəstəklənir. Səlahiyyətli orqanlar verdikləri boş şüarlara rəğmən, istedadlı musiqiçilərə nəinki yardım etmir, hətta konsertlərə icazə verməyərək, onların sıradan çıxmasına şərait yaradırlar.

Vəziyyət belə davam edərsə, yaxın gələcəkdə kimliksiz və qeyri-peşəkar musiqi ilə böyüyən uşaqların necə şəxsiyyətə malik olacağını görəcəyik. Bu məsələ məsulların da əziz uşaqlarına aiddir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300