sitename

             Broyler toyuqları ölümü necə tezləşdirir? -Araşdırma

 

Dünya alimlərinin son illər ərzində insanlarda bir çox xəstəliklərin niyə yaranmasının səbəblərini araşdırıblar.

 

Uluyol.az xəbər verir ki, alimlərin qənaətinə görə dünyada qida təhlükəsizliyinin pozulması yeni xəstəliklərin yaranmasına səbəb olur. Qida təhlükəsizliyinin pozulmasını kanadalı alimlər toyuqlar üzərində apardıqları araşdırma ilə sübut ediblər. Alimlərin araşdırması nəticəsində bəlli olub ki, vəhşi toyuqlar 11 yaşa qədər yaşayır, broyler toyuqlarının yaşama müddəti isə cəmi 50 gündür.

 

Alimlər sübut ediblər ki, toyuqlara verilən kimyəvi preparatlar onların sürətlə böyüməsinə səbəb olur. Bu preparatlar toyuq ətində itmir və onu yeyən insanın orqanizminə keçir. Məhz bu səbəbdən son illər ərzində uzunömürlü insanların sayı azalır. Həmçinin ağır xəstəliklərin sayı durmadan artır. Alimlərin araşdırması nəticəsində məlum olub ki, xərcəng xəstəliyinin yaranma səbəblərdən biri də broyler toyuqlarının istehlak edilməsidir.

 

Toyuq əti də dünyada ən çox istehlak edilən ət növüdür. Yer üzündə 23 milyard toyuq var.

 

Alimlər hesab edir ki, broyler şirkətləri daha çox qazanc əldə etmək üçün kimyəvi pereparatlardan normadan artıq istifadə edirlər. Toyuq ətini istehlak edən insanın bədənində sürətlə qocalma, xəstəliklərə qarşı davamsızlıq yaranır.

 

Ölkəmizdə olan broyler şirkərlərinin də məhz bu preparatlardan normadan artıq istifadə etdiyi göz önündədir. Azərbaycan şirkətləri 37-42 gün ərzində broyler toyuqlarını satışa çıxardırdıqlarını iddia edirlər. Amma görünən odur ki, bu belə deyil. Bu toyuqlar 27-30 gün ərzində satışa çıxarılır. Həmsöhbət olduğumuz Zabir Mürsəlov broyler şirkətlərinin insanların qəsdinə durduğunu etiraf edir. Müsahibimiz "Səba” broyler şirkətinin toyuqların 37-42 günə satışa çıxarılmasına inanmadığını bildirir:

 

”Bütün Azərbaycana toyuq satan şirkətlərimizin bu təlabatı ödəməsi mümkün deyil.”Səba”, "Mərcan” kimi broyler şirkətləri xüsusi kimyəvi pereparatlarla bizi ölümə sürükləyir. ”

 

Tanınmış həkim, fitoterapevt Füzuli Hüseynov broyler toyuqlarının hansı fəsad yaratdığı və hansı xəstəliklər yaratması barədə çıxış edib.Həmin videonu təqdim edirik:

 

(sfera.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300