Məleykə Abbaszadə: "Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır"

 

"Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, abituriyentlər çox vaxt yalnız ali məktəbə qəbul olmaq üçün sənəd verirlər: "Onlar öz gələcək karyeralarını təsəvvür belə etmirlər. Onlar ancaq elə bilirlər ki, sosial uğur onların ali məktəbə qəbul olmalarıdır. Bu səbəbdən də təhsili karyerayönümlü etmək çox vacibdir".

M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda xeyli şəxs var ki, onlar məktəbi bitirəndən sonra təhsilini davam etdirmir: "Son 5 ilin mənzərəsinə baxsaq bu illərdə müsbətə doğru olan dəyişiklikləri görə bilərik. Məsələn, 2014-cü ildə 19 faiz 9-cu sinifdən məzun olan şagird sonra heç bir təhsil almayıb, təhsilini davam etdirməyib. Bu il isə belə məzunların sayı 14 faizdir. Deməli, 5 il ərzində 5 faiz azalma gedib. Artıq gənclər təhsilini davam etdirməyə daha çox maraqlandırlar. Digər bir statistikaya baxsaq, 2014-cü ildə 11-ci sinfi bitirənlər arasında 22 faiz təhsilini davam etdirməyib, yəni heç bir ali təhsil müəssisəsinə sənəd verməyib. 2018-ci ildə isə bu rəqəm 15 faizdir. Bu da onu göstərir ki, artıq gənclərdə təhsillərini davam etdirmək üçün motivasiya yaranıb".

M.Abbaszadə qeyd edib ki, xüsusilə ali təhsili karyera yönümlü istiqamətdə dəyişmək çox vacibdir: "Təbii ki, bu təhsilin məzmunundan asılıdır. Bu istiqamətdə bizim hələ kifayət qədər görmək üçün işlərimiz var".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300