İsgəndər Həmidov xəstəxanadan çıxdı -FOTO

 

Xəbər verildiyi kimi, dünən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər İ. Həmidovun "anju” olunacağını bildirmiş, müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklərini demişdilər.

Bu gün verilən məlumata görə, İsgəndər Həmidov artıq xəstəxanadan çıxıb. Sabiq nazirin səhhəti barədə sosial şəbəkədə status yazan jurnalist Əvəz Zeynallı bildirib ki, İsgəndər Həmidovun səhhəti yaxşıdır: "Əsas olan odur ki, İsgəndər bəy artıq bütün bəlaların əsas səbəbkarlarından biri olan siqareti buraxdı. Biryolluq həm də...".

İsgəndər Məcid oğlu Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər daxili işlər naziri vəzifəsində çalışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300