Ronalduya "Qızıl top" mükafatının səsverməsində Avropadan cəmi iki səs verilib

 

Portuqaliya milli komandasının və İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronalduya "Qızıl top" mükafatı üçün sorğuda Avropadan cəmi iki ölkənin jurnalisti səs verib.

"Report"un məlumatına görə, bunlar Portuqaliya və Sloveniyadır. Səsvermədə ikinci pillədə qərarlaşan Ronalduya qalan səsləri digər qitələrin nümayəndələri verib.

"Qızıl top"un qalibi xorvatiyalı Luka Modriç isə Avropanın 29 ölkəsindən səs yığıb. Azərbaycanlı idman jurnalisti, CBC Sport telekanalının əməkdaşı Rasim Mövsümzadə də məhz Modriçi bu mükafata layiq görüb. O, ən yaxşı gənc futbolçu seçilən Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, Misir yığmasının və İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi Məhəmməd Salahı üçüncü, "Çelsi"nin belçikalı orta sahə oyunçusu Eden Azarı dördüncü, İspaniya "Atletiko"sunun fransalı qolçusu Antuan Qrizmannı isə beşinci pillədə göstərib.

Azərbaycandan dəstək görməyən İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi qitənin cəmi 5 ölkəsindən səs yığıb. Qrizmann avropalı jurnalistlərdən 10, Mbappe (PSJ, Fransa) 7, Rafael Varan ("Real Madrid", İspaniya) isə 1 səs alıb.

Qeyd edək ki, Kriştianu Ronalduya səs verən ölkələrdən Portuqaliya onun, Sloveniya isə UEFA prezidenti Aleksandr Çeferinin vətənidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300