Yanvardan dayələr, dərzilər və bərbərlər vergi ödəyəcək

 

Maliyyə sanksiyaları kəskin artırılır

Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslər, bir başqa sözlə desək, sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Yeni ildən fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıq emalatxanalarının fəaliyyəti siyahısına bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) daxil ediləcəklər.

Qeyd edək ki, sabit verginin hesablanması üçün xüsusi əmsallardan istifadə olunur. Məsələn, Bakıdakı bərbər ayda 40 manat, dərzi və ofisiantlar isə 20 manat ödəyəcəklər.

Bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin odənilməsi haqqında qəbz” alırlar və heç bir hesabat təqdim etmirlər.

Qalib Toğrul ile ilgili görsel sonucu

 

2019-cu ildən bu şəxslər üçün maliyyə sanksiyaları kəskin şəkildə artırılır. İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun sözlərinə görə, Vergi Məcəlləsinin tələbinə görə, əhaliyə xidmət göstərən bu şəxslər müştərilərinə onların istəklərindən asılı olmayaraq ciddi hesabat blankı olan qəbz verməlidirlər:"Müştərilərinə onların istəklərindən asılı olmayaraq” ifadəsini xüsusi qeyd edirəm, çünki bu vergi ödəyiciləri əksər hallarda qəbz yazmamalarına "müştəri istəmədi, vermədim” kimi haqq qazandırırlar. Onlara məsləhət görərdim ki, yeni ildən etibarən müştəri istəməsə belə, qəbzi yazsınlar. Çünki maliyyə sanksiyalarının məbləği yeni dəyişikliklərdə çox artırılıb. Dəyişikliklərə görə, sabit vergi ödəyiciləri qəbz verməməyə və ya qəbzdə aşağı məbləğ göstərməyə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə 1000 manat (hazırda 400 manat), ikinci dəfə yol verdikdə 3000 manat (hazırda 800 manat), üç və daha çox dəfə yol verdikdə isə 8000 min manat (hazırda 1200 manat) maliyyə sanksiyası ödəməli olacaqlar".

Ekspert bildirir ki, belə vergi ödəyiciləri üçün digər maliyyə sanksiyası "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alınmamasına görə tətbiq edilir:"Onlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə, həmin fəaliyyət növunə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verdikdə isə həmin fəaliyyət növunə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında cərimə olunurlar. Sonuncu maliyyə sanksiyalarının məbləğində artım olmasa da, ümumilikdə cərimələrin məbləği çox yüksəkdir. O səbəbdən sabit vergi ödəyicisi olanlara (bərbərlər, bağbanlar, ofisiantlar, qulluqçular, dayələr, dərzilər, sürücülər və sair) diqqətli olmağı tövsiyə edirəm”.

Q.Toğrul onu da qeyd edir ki, sabit vergi ödəyiciləri üçün daha bir dəyişiklik sosial sığorta haqqı ilə bağlıdır. Belə ki, yeni ildən belə fiziki şəxslər daha 26 manat yox, 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər və bu sosial ödəniş əvvəlki kimi respublika üzrə fərqləndirilməyəcək, harada fəaliyyət göstərməsindən asılı olmayaraq hamı üçün eyni olacaq.

DÜNYA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300