Tanınmış aktyor həbs edildi

 

Türkiyəli aktyor Memet Əli Alobora haqqında Gezi Parkı aksiyalarına görə həbs qərarı verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəməyə təqdim olunan həbs tələbində Aloboranın Gürcüstan və Ərəb dünyasındakı üsyanlarda rol oynayan, Serbiyada Slobodan Miloşeviç rejimini devirən serb gənclər hərəkatı "Otpor”un serbiyalı lideri İvan Maroviç ilə İstanbul və Misirdə aksiyalardan öncə görüşdüyü məlum olub.

Prokurorluğun göndərdiyi həbs tələbində Memet Əli Alobora, həyat yoldaşı Ayşe Pınar Alobora, Dəfnə Anter, yazar Handan Meltem Arıkan və reklam agenti Metin Osasogie Edomvvonyinin 2012-ci ilin 18-21 iyun tarixində İstanbulda, 7-15 iyulda isə Misirdə İvan Maraviç ilə görüşdüklərinə dair dəlillər üzə çıxıb.


 

Gezi Parkı aksiyasının 2011-ci ildən bəri planlaşdırdığına da diqqət çəkilib və buna dəlil kimi Alaboranın 2011-ci ildə çəkdiyi videomateriallarda "Üsyan İstanbul" şüarlarını deməsi göstərilib.

Məhkəmənin verdiyi həbs qərarında bu ifadələr yer alıb: "Əldə edilən bütün dəlillər Gezi aksiyası kimi tanınan hadisələrin Osman Kavala liderliyində Açıq Cəmiyyət Fondu və Anadolu Mədəniyyət A.Ş.-nin təşkilatçılığı ilə planlı və sistemli olaraq həyata keçirildiyi aydındır. Yekun məqsədin ölkədə xaos və qarışıqlıq yaradaraq mövcud hökuməti təsirsiz hala gətirmək olduğu ortaya çıxıb".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300