İngiltərə kəşfiyyatı Rusiyaya meydan oxudu: "Biz dördüncü nəsil casusluq fəaliyyəti tətbiq edirik"

 

İngiltərə Rusiyanı ingilis kəşfiyyatının qabiliyyətini qiymətləndirə bilməməkdə itiham edib.

Avropa.info xəbər verir ki, İngiltərənin Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Aleks Younqer, Rusiyanın mürəkkəb təxribatla məşğul olduğunu və ingilis kəşfiyyatının qabiliyyətini qiymətləndirə bilmədiyini deyib. Younqer, İngiltərənin düşmənlərini təəccübləndirəcək səviyyədə yeni nəsil casusuluk fəaliyyəti qurduğunu bildirib.

"Rusiya, ya da həyat tərzimizi dağıtmaq istəyən başqa bir dövlət bizim və müttəfiqlərimizin qətiyyətiniə və ağılına qiymət verməməlidir. Rusiya kimi özünü İngiltərə ilə daimi mübarizədə görən dövlətlər ölkəyə ciddi təhdid yaradır.

Mart ayından bu yana Rusiya ilə İngiltərə arasında Sergey Skripalin zəhərlənməsilə bağlı mübahisələr yaşanır. Mİ6 Skripal və qızına qarşı törədilən zəhərləmə olayını üzə çıxardı.

"Dördüncü sənaye inqilabı dövrünün casusuluk fəaliyyətlərinə dördüncü nəsil casusluq deyilir. Bu casusluq fəaliyyəti adətən digər millətlər üzərindən aparılır. Bu fəaliyyət bizim ənənəvi insan qabiliyyətimiz ilə sürətləndirilmiş ixtiraları birləşdirir.

Eyni zamanda biz son dörd ildir gizli müxtəlif etnik və dini köklərdən olan gəncləri püxtələşdirmək üçün çalışırıq. Haradan gəlmisiniz önəmli deyil. Bir fərqlilik yaratmaq istəyirsinizsə, bunun üçün lazım olan xüsusiyyətlərə sahib olan insanları üzə çıxarmalıyıq” – Aleks Younqer belə deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300