Ermənistanda partiya sədrinin müavini həbs olunub

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Erməni qartalı” Vahid Ermənistan Partiyası sədrinin müavini Mqrer Yeqizaryanı həbs edib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Belə ki, M.Yeqizaryan 2014-cü ildən dələduzluq yolu ilə ölkənin bir neçə vətəndaşının, o cümlədən hərbçilərin etbarından sui-istifadə edərək, başqasının əmlakını mənimsəyib.

Partiya sədrinin müavini işə düzəltmə adı ilə onlardan 10 min dollar məbləğində rüşvət istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq və iri məbləğdə rüşvət verməyə cəhd maddələrinə əsasən cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300