AFFA azarkeş sayının artırılması üçün klublara müraciət edib

 

"Azərbaycan futbolunda ən böyük problemlərdən biri azarkeş qıtlığıdır. Toplantında bu məsələ də müzakirə olundu”.

"Report” xəbər verir ki, bunu "Neftçi” klubunun prezidenti Kamran Quliyev Premyer Liqada tamaşaçı azlığının səbəbləri barədə AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra danışarkən deyib. O, azarkeşlərlə işlərin təkmilləşdirilməsini müzakirə etdiklərini bildirib: "Mövcud rəqəmləri qoruyub, azarkeş sayının artması üçün işlərin görülməsi üçün addımlar atılmalıdır. Bu yöndə müəyyən tövsiyələr də olub. Ümumi bir konsepsiya yaradılmalıdır".

K.Quliyevin sözlərinə görə, tamaşaçı sayının artırılması üçün AFFA da öz təkliflərini verməyə hazırdır: "Bu işin stimullaşdırılması üçün tədbirlər, konsertlər, əvvələr olduğu kimi lotereyalar və s. təşkil etmək olar. Milli assosiasiya bu istiqamətdə işlərin aparılması üçün klublara həm müraciət etdi, həm də dəstəyini təklif etdi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300