"Krım münaqişəsi Putin üçün narkotikdir”-"Focus”

 

"Rus dilini anlayanlar, habelə normal ədalət duyğusuna malik olanlar Moskvanın dövlət televiziyalarındakı Ukrayna əleyhinə qərəzli proqramlara baxıb əsəbiləşməyə bilməz,-deyə Almaniyanın "Focus” jurnalından Boris Rayşuster yazır.

"Belə bir militarist və mental səfərbərlik hər kəsdə qorxu yarddır. Biz bunu bir neçə ildir izləyirik, lakin hazırda yeni kulminasiyanı yaşayırıq. Mən qorxuram ki, bir gün bu militarist ruh əvvəl-axır xaricə çıxacaq”- Rusiyanın müxalif "Novaya qazeta” baş redaktorunun müavini Andrey Lipski müəllifə bildirib.

Lipski ən təlaş doğurucu halın həm Putin, həm də Poroşenkonun yeni böhrandan ictimaiyyətin diqqətini daxili problemlerdən ayırmaq üçün istifadə etmək olduğunu bildirir. Onun fikrincə, Putin Ukrayna ilə münaqişədən öz populyarlığını qaldırmaq üçün narkotik kimi istifadə edir: "Lakin narkotikin təsiri azaldıqca dozanı artırmaq ehtiyacı yaranır. Poroşenkonun isə prezident seçkilərinə bir neçə ay qalmış özünün acınacaqlı vəziyyətini düzəltmək üçün kənar təsiredici vasitəyə ehtiyacı var”.

 

Boris Rayşuster Rusiyanın bütün beynəlxalq hüquq normalarıni pozaraq Azov dənizini də Krım kimi ilhaq etdiyini qeyd edir. Halbuki 2003-cü ildə bağlanan sazişə görə Azov dənizində və Kerç boğazında gəmiçilik azadlığı müəyyən olunub.

Rusiyalı müxalifətçi, enerji nazirinin keçmiş müavini Vladimir Milov xəbərdarlıq edir: "Putin böhran bölgəsindəki situasiyadan Qərbin ona beynəlxalq hüququn əsaslarını pozmaqda və güc tətbiq etməkdə nə qədər irəli getməyə izn verəcəyini yoxlamaq məqsədilə yararlanır”.

"Bu səbəbdən hazırda Vaşinqton və Belrin tərəfdən gələn siqnallar olduqca təhlükəlidir. Məsələn AFR hökuməti münaqişə tərəflərinə elə müraciət edir ki, sanki situasiyanın əsl mahiyyəti, yəni Rusiyanın öz qonşusuna qarşı birtərəfli təcavüzkar hərəkətləri ona bəlli deyil. Fakitki olaraq isə Almaniya münaqişənin qurbanına, yəni Ukraynaya sakit durmağa çağırır. Bu isə "bağlı gözlərin” iyrənc siyasətidir,” –deyə alman jurnalist yazır.

Müəllif bu cür "sakitləşdirmə” mövqeyi "yanğıntörədici təhlükə” adlandırır: "Əgər Qərb Putinə yerini göstərməsə, bu, onu başqa hüquq pozmalara təhrik edəcək”.

"Putinin gücü Qərbin zəifliyindədir. "Qısa ötürmələr” və "görünməzlik” siyasəti yerinə biz hüquq pozuntularına və təcavüzkar hərəkətlərə qarşı kəskin mövqe bildirməliyik. Eyni zamanda Mosskvanın hüquq sahəsinə geri dönməsi halında onunla yaxınlaşmağı da gözdən qaçırmamalıyıq,” deyə Rayşuster vurğulayıb.

Andrey Lipski isə Birinci dünya müharibəsini acı təcrübəsini xatırladıb: "O zaman da bir çoxları gözlərini uzun müddət qapatmaqla məşğul oldular. Bu isə heç kimin nəzarət altında tuta bilmədiyi və nəticədə müharibəyə çevrilən impulsun inkişafına gətirib çıxardı”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300