Fransada etirazçılar 11 yanacaq anbarının yolunu kəsib

 

Fransada etirazçılar "Total” neft-qaz kompaniyasının 11 yanacaq anbarının yolunu bağlayıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, nəticədə "Total” kompaniyasının ölkədəki 2200 yanacaqdoldurma stansiyasının 75-də yanacaq qıtlığı müşahidə edilir.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən "Sarı jilet”lər hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Dekabrın 1-də baş tutan etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.

Fransa hökuməti etiraz aksiyası zamanı baş verənlərlə bağlı yaxın günlərdə parlamentin aşağı və yuxarı palatalarında debatlar keçirməyi təklif edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300