Qocalıq bundan o yana başlayır -9 faktor, 50 əlamət

 

Bu əlamətlər varsa, artıq qocalmısınız deməkdir...

Gün ərzində tez-tez bu cümlədən istifadə edirik. Azacıq yorulanda, enerjimiz tükənəndə "Qocaldıq getdik” deyirik. Amma alimlər və həkimlər yaşlanmanın əlamətlərini müəyyənləşdirəndə bir neçə məqamı sıralayıblar.

"Yeni Müsavat” alimlərin yaşlılıqla bağlı gəldiyi elmi nəticələri sizə təqdim edir. Ümumilikdə yaşlandlqca bədənimizdə ortaya çıxan doqquz əlamət var. Bu əlamətlər qaçılmaz yaşlanmanın təsirlərini geriyə çevirməmizi və gəncliyimizi uzatmağımızı təmin edir.

"Bioloji mənada yaşlandıqca daha yaxşıya doğru gedən bir şey bilmirəm”. İspaniyadakı Beynəlxalq Onkoloji Araşdırmalar Mərkəzindən həkim Manuel Serranonun bu sözləri çox pessimistdir. Serrano "Yaşlanma İmarətləri” adlı yeni yayımlanan araşdırmanı həyata keçirən həkimlərdən biridir.

Araşdırmada mütəxəssislər zaman keçdikcə bədənimizdə yaşanan başlıca prosesləri sıralayıb. Serrano BBC-yə verdiyi açıqlamada "Bunlar qaçılmaz faktorlardır. Həyat tərzi və genetikaya bağlı olaraq bəzi insanlarda daha çox, bəzilərində də daha az görünə bilir. Amma mütləq yaşanır” dedi. Aralarında insanların da olduğu məməli canlılarda yaşlanma əlamətləri olaraq qəbul edilən doqquz faktor var:

1.DNK-dakı zərər üst-üstə gəlir

DNK-mız hüceyrələr arasında çatdırılan genetik kodumuzdur. Yaşlanmaqla birlikdə bu müddətdəki xətalar da artır. Ya da bu xətalar hücrələrdə yığılır. Genetik iqtidarsızlıq deyə bilinən bu olay, xüsusən DNK xətaları, özəl fəaliyyətləri olan hüceyrələrin istehsal edildiyi kök hüceyrələrə təsir etdiyi zaman daha qalıcı olur. Genetik iqtidarsızlıq kök hüceyrələrin roluna zərər verə bilir. Xətalar üst-üstə gəldikcə xərçəngli hüceyrələrə belə çevrilə bilir.

Xromosomlar yorulur

DNK zəncirlərimizin ucunda xromosomlarımızı qoruyan qapaq kimi quruluşlar var. Ayaqqabı bağının ucundakı plastik qoruyucular kimi. Bunlara telometr deyilir. Yaşlandıqca bunlar yorulur və xromosomlar qorumalarını ititirlər. Bu da yanlış bir şəkildə kopyalanmaları mənasına gəlir və problemlərə yol aça bilir. Araşdırmalar göstərib ki, telomerlərdəki pozulma ilə ağciyər fibrozu və ağır bir immunitet sistemi xəstəliyi olan aplastik anemiya arasında əlaqə var. Araşdırmaçılar telomerlərin ömrünü uzadan telomeraz adlı enzimin səviyyələrini də artırmağa nail olub. Araşdırmalarda telomerlərin ömrünü uzatmağın siçanların da ömrünü uzada biləcəyi sübut edilib.

Hüceyrə davranışlara təsir edir

Bədənimizdə DNK ifadəsi adı verilən bir müddət yaşanır. Bu müddətdə bəlirli bir hüceyrədəki minlərlə gen hüceyrənin nə edəcəyini müəyyənləşdirir. Məsələn, hüceyrənin bir dəri hüceyrəsi, yoxsa bir beyin hüceyrəsi ola biləcəyini müəyyən edir. Zaman və yaşam şəkliniz bu təlimatların necə verildiyini müəyyən edir. Bu səbəbdən də hüceyrələr etməli olduqlarından fərqli davrana bilirlər.

Hüceyrə yeniləmə potensialımızı itiririk

Hüceyrələrimizdəki xətər görmüş ünsürləri yığması üçün bədənlərimiz daimi olaraq hüceyrə ehtiyatını yeniləmə potensialına sahibdir. Ancaq bu potensial yaşlandıqca azalır. Daha sonra hüceyrələr işə yaramayan və ya toksik proteinleri yığmağa başlayır. Bunların bəziləri Alzheimer və Parkinson xəstəlikləri, eləcə də kataraktla əlaqələndirilir.

Orqanizm metabolizmə nəzarəti itirir

Zaman keçdikcə hüceyrələr yağ, şəkər kimi maddələri işləmə potensiallarını itirirlər. Hüceyrələrin alınan qidaları düzgün bir şəkildə metabolizasiya etmək qabiliyyəti itincə şəkər xəstəliyi kimi xəstəliklər ortaya çıxa bilir. Yaşlanma ilə birlikdə başlayan şəkər xəstəliyi bu səbəblə də tez-tez görülür. Daha yaşlı bədənlər artıq yenidən hər şeyi işləyə bilmir.

Mitoxondrilərin fəaliyyəti dayanır

Mitoxondri - hüceyrələrə enerji verir, amma illər keçdikcə təsirlilik gücünü itirirlər. Mitoxondrilərin yaxşı işləməməsi DNK-ya ziyan verir. Bəzi işlərdə mitoxondri fəaliyyətini təmir etməyin məməlilərdə ömrü uzatdığı nəticəsinə gəlinib. "Nature” adlı elm jurnalında iyun ayında yayımlanan bir araşdırmada mütəxəssislər siçanlardakı qırışıqlıqları, mitoxondrilərinin fəaliyyətlərini yenidən başladaraq geriyə çevirdiyini iddia etmişdi.

yaà Ÿlanma ile ilgili görsel sonucu

Hüceyrələr zombiyə çevrilir

Bir hüceyrə həddən artıq xətər gördükcə, digər ziyanlı hüceyrələrin artmasının qarşısını alan bir vasitə olma özəlliyini itirir. Bölünməyə davam edir, amma ölmür. Senescent hüceyrə olaraq bilinən bu hüceyrələr zaman və yaşlanma ilə birlikdə yığılır. Siçanlar üzərində keçirilən araşdırmalarda bu hüceyrələri yox etmənin yaşlanmanın bəzi təsirlərini ortadan qaldırdığı da diqqət çəkib.

Kök hüceyrələrin enerjisi bitir

Yenilənmə potensialındakı azalma yaşlanmanın ən xarakterik ünsürlərindən biridir. Kök hüceyrələr yorulur və yenilənmə funksiyalarını itirirlər. Son illərdə aparılan araşdırmalar kök hüceyrələri gəncləşdirmənin, bədənin yaşlanmanı göstərmə formasını geriyə çevirdiyini göstərir.

Hüceyrələrin bir-biri ilə əlaqəsi sona çatır

Hüceyrələr daim bir-birilə əlaqədədir, amma bu potensial zamanla azalır. Bu da iltihablanmada artıma yol açır və "dialoqun” qarşısındakı problemləri böyüdür. Nəticə olaraq, patogenlərin və anormal hüceyrələrin varlığına qarşı həssaslıqlarını itirirlər.

Serrano yaşlanma prosesi ilə bağlı çalışmaların tibbin orqan və toxumalardakı pozulmanı yavaşladacaq üsulları təmin edə biləcəyini deyir. Bundan başqa, yaşlanma qaçılmaz olsa da, "sağlam həyat tərzi ilə” təsirlərini azalda biləcəyini vurğulayır. Bu günlərdə yaşlı insanların həyatı bir neçə onilliklər öncəsi ilə müqayisədə daha sağlamdır. Edə biləcəyiniz ən yaxşı şey yaşlandığınız zaman da həyatdan zövq almaqdır.

Ä°lgili resim

 

Bu 50 əlaməti unutmayın - qocalıq bu zaman başlayır

İngiltərədə 50 yaşdan yuxarı insanlara sığorta xidməti təklif edən bir şirkətin iki min nəfər arasında keçirdiyi sorğuda maraqlı nəticələr ortaya çıxıb. Sorğuda iştirak edən hər on nəfərdən səkkizi "Hamı hiss etdiyi yaşdadır” desə də, psixoloqlar verilən cavablar əsasında qocalmağa başlayanların 50 ortaq əlamətini müəyyən edə bilib.

Həmin 50 əlamətlə tanış olmağa necə baxırsınız? Bəlkə siz də qocalmaq üzrəsiniz?

- Bədəninizin hansısa yerinin tez-tez tutulması

- Əyiləndə ağrımaq

- "Mən cavan olanda belə deyildi” demək

- Saçların tökülməyi

- "Bizim vaxtımızda...” ilə başlayan cümlələr qurmaq

- Tez-tez küsmək

- Radioların Top-10 siyahısındakı heç bir mahnını bilməmək

- Səs-küyə əsəbiləşmək

- Oynaqların ağrımağından şikayətlənmək

- Qulaqların, burnun tüklənməyə başlaması

- İnsanların adını yaddan çıxarmaq

- Polisə, həkimlərə, müəllimlərə "dünənin uşağı” kimi baxmaq

- Televizorun qabağında yuxulamaq

- Günorta yuxusuna ehtiyac hiss etmək

- Gənclərin nədən danışdığını başa düşməmək

- Texnoloji alətlərin istifadəsində çətinlik çəkmək

- Tablet kompüterlər, sensor ekranlı, smart telefonları işlədə bilməmək

- Daha çox şikayət etmək

- Eynəyi boyundan asmaq

- Yeni müğənniləri tanımamaq

- Televiziya verilişlərinin keyfiyyətindən şikayət etmək

- Belinə ağırlıq düşəcək deyə ağır əşyalar qaldırmamaq

- Tez-tez əşyalarını itirmək

- Televiziyada gənclər üçün nəzərdə tutulan verilişlərə baxmamaq

- Avtomobili yavaş sürmək

- Əşyaları hara qoyduğunu unutmaq

- Gecə əyləncələrindən çox evdə oturub nərd, domino oymağa üstünlük vermək

- Bir əşyadan ehtiyat üçün bir neçə dənə almaq

- Tarixi televiziya verilişlərinə maraq göstərmək

- Qonaq gedəndə başmaq, yaxud isti paltar götürmək

- Köhnə mahnılar verilən radiostansiyalara qulaq asmaq

- İçkidən tez sərxoş olmaq, daha doğrusu, bir stəkan içkidən sonra yatmaq

- Çölə çıxanda qalın geyinmək

- Tez kökəlib-tez arıqlaya bilməmək

- Bir cüt corab hədiyyəsinə də sevinmək

- Bəzən bir stəkan çayı hər cür içkidən üstün tutmaq

- Yola çıxanda termosda çay götürmək

- Tanımadığı həmyaşıdlarla rahat dil tapmaq

- Bağ, həyət işləri ilə maraqlanmaq

- Üzdəki qırışları azaltmaq üçün kremlər almaq

- Məqsədsiz, lazımlı və ya lazımsız olmağına baxmayaraq əşyaları yığmaq, bəzən gizlətmək

- Hava proqnozuna uyğun geyinməyə çalışmaq

- Evdəki əşyaların yerlərini tez-tez səhv salmaq

- Quş, yaxud hər hansı ev heyvanı saxlamaq

- Gənclikdə oxuduğu kitabları yenidən oxumaq

- Qulaqların böyüməsi

- Tarixi əsərlərin, abidələrin qorunmağının vacibliyi vurğulamaq

- Bəzən etik qaydaları yaddan çıxarıb, ürəyindən keçənləri qarşısındakının üzünə demək

- Daha çox məsləhət vermək

- Tez-tez gəncliyindəki məzəli, gülməli əhvalatları danışıb gülmək

yaà Ÿlanma ile ilgili görsel sonucu

 

Bu da qadınların gizli qocalıq xəbərçiləri

Alimlər qadınlarda qocalma prosesini göstərən bir neçə əlaməti açıqlayıblar. Sürətli qocalmanın təkcə 80 faizi xarici nizamlayıcı, 20 faizi isə hüceyrələrin genetikası ilə bağlıdır. Qadın orqanizmində qocalma prosesinin başlanmasını xəbər verən 6 əlamət mövcuddur. Bunlardan heç olmasa birini özündə hiss edən qadın həyəcan təbili çalmalı və problemin həllini axtarmalıdır. Əks halda, mənfi nəticə zəncirvarı reaksiya verə bilər.

Qadın orqanizmində ilkin pozulmalardan biri hormon zədələnməsidir. Bu, özünü əsasən menstruasiya dövrünün qeyri-müntəzəmliyində, bu zaman baş verən qeyri-adi hallarda göstərir. Nazikləşmiş göz qapaqları qadının yuxusuzluqdan, yorğunluqdan əziyyət çəkməsindən xəbər verir. Saçların kütləvi tökülməsi endokrinoloqa müraciət etməyə məcbur edəcək. Nəticədə qalxanabənzər vəzinin fəaliyyətində yaşla bağlı patologiyalar aşkarlanacaq. Bundan başqa, alimlər xüsusilə diqqətə çatdırırlar ki, qocalıq barədə dəri dərhal xəbər verir. Bu zaman bürüşüklük, şişkinlik, piqmentin dəyişməsi baş verir.

Yuxusuzluq ayrıca yer tutur. Mütəxəssislərin fikrincə, qocalıq əlamətlərindən biri üzə çıxan zaman bərpa olunmayan proseslərin başlanmasını gözləməkdənsə, bunun qarşısını almaq məsləhətdir. Axı orqanizmin qocalmasına meyllilikdə genetik xüsusiyyətlər yalnız 20 faiz aktualdır, yerdə qalanlar isə xarici amillərdir.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300