Saakaşvili gürcü xalqına müraciət etdi: "Nə zaman çağırsanız, gələcəyəm”

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili "Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib.

Avropa.info xəbər veir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir.

Müxalifət hakimiyyətdən təcili olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Etiraz aksiyasını dəstəkləyə sabiq prezident Mixail Saakaşvili "Skype” vasitəsi ilə gürcü xalqına müraciət ünvanlayıb: "Əvvəllər biz mümkün fəalkətlərdən danışmışdıq və bu fəlakət baş verib. Artıq Gürcüstanda seçki institutlatı yoxdur. Onlar hesab edir ki, gürcü xalqı bütün bunları qəbul edəcək və bağıçşlayacaq. Yox, bu, belə olmaycaq. Biz buna dözməyəcəyik. Onlar hesab edirdilər ki, xalq mübarizə aparmayacaq. Lakin bu gün gördülər ki, xalq sivil formada ayağa qalxaraq mübarizə aparır və biz əlimizi aşağı salmayacağıq, yolumuzdan geri dönməyəcəyik”.

Niderlandda yaşayan Saakaşvili onu da bəyan edib ki, əgər xalq onun ölkəyə dönüşü ilə bağlı çağırış edəcəyi təqdirdə ölkəyə qayıdacaq.

"Biz istədiyimizə nail olacağıq və mübarizəmiz tam qələbə ilə nəticələnəcək. Bu mübarizədə mən də sizinlə bərabərəm və sizlərdən biriyəm. Mənim hər hansı xüsusi rola da ehtiyacım yoxdur. Onu bilməyinizi istərdim ki, nə zaman mənə ehtiyacınız duyulduğu və çağıracağınız zaman sizin və liderlərinizin yanında olacağam. Ona görə də hər bir şəxs qələbimizi təmin etmək naminə öz "kərpicini” qoysun. Mən ölkəmdə bu cür ədalətsizliyi görüb, vətənimin necə məhv edilməsinə baxmaqdansa, ölməyim daha yaxşıdır. İnanıram ki, hər biriniz bu cür düşünürsünüz. Gürcüstanın böyük gələcəyi var”,- Saakaşvili bəyan edib.

Gürcüstan müxalifəti tələblərinin yerinə yetirilməsi üçün dekabrın 16-dək hakimiyyətə vaxt verib. Müxalifət hakimiyyətdən növbədənkəna parlament seçkilərinin keçirilməsini, seçki məcəlləsində geniş islahatlar aparılması, seçki komissiyalarının yeni formada təşkli kimi tələblərinin yerinə yetirilməsini tələb edirlər.

Qeyd edək ki, noyanrın 28-da Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib və seçkinin nəticələrinə əsasən, hakim komandanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qələbə qazanıb.

Dekabrın 16-da isə yeni prezidentin inaqurasiya mərasimni keçitiləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300