Zidan yenidən məşqçi olacaq - Oğlu açıqladı

 

"Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan atasının yenidən məşqçilik edəcəyini açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Sequndasında - "Rayo Majadohado” klubunda forma geyinən Enzo açıqlamasında bunları deyib:

"Atam futbolu çox sevir. Yaxın zamanlarda da yenidən məşqçiliyə qayıdacaq, ancaq hələ istirahət edir.

"Real”da məşqçilik etmək onun üçün çox gözəl idi. Həm də orda yaxşı işlər görüb”.

Zinəddin Zidan 2016-2018-ci illər aralığında "Real”ın "sükanı arxasında” olub. Fransalı mütəxəssisin rəhbərliyi altında Madrid təmsilçisi 3 dəfə Çempionlar Liqasını, 1 dəfə La Liqanı, 1 dəfə İspaniya superkubokunu, 2 dəfə Avropa superkubokunu, 2 dəfə isə isə Klublararası dünya çempionatını qazanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300