İran raket proqramı ilə BMT qətnamələrini pozmadığını bəyan edib

 

İranın Xarici İşlər Nazirliyi (XİN) ölkənin ballistik raket sınaqları həyata keçirməsi ilə bağlı irəli sürülən ittihamlara cavab olaraq bəyan edib ki, raket proqramı BMT qətnamələrini pozmur.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Bəhram Qasiminin XİN-in saytına yerləşdirilən bəyanatında deyilir.

"İranın raket proqramı müdafiə xarakteri dayışır və ölkənin ehtiyaclarına uyğun olaraq hazırlanıb. BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi raket proqramı və ya İranın raket sınaqlarını qadağan etmir", - deyə Qasimi bildirib.

Bundan əvvəl ABŞ Avropa İttifaqını (Aİ) raketlərin yayılması ilə əlaqədar olaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300