Senatordan Türkiyəyə şərt:F-35 istəyirsə...

 

Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Con Makkeynin ölümündən sonra onu ABŞ Senatının silahlı qüvvələr komitəsi vəzifəsində əvəz edən Ceyms İnhof deyib.

"Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, Rusiyanın S-400-ündən imtina etməlidir”, - İnhof Pentaqonun Konqresə hesabatını şərh edərkən bildirib.

O qeyd edib ki, Türkiyə NATO və ABŞ-ın vacib partnyorudur və Ankara bu statusuna uyğun davranmalıdır:

"Əgər Türkiyə S-400 alınması prosesini davam etdirərsə, bunun nəticələri də olacaq”.

"Blumberq” nəşrinə danışan hərbi ekspert Stiven Zaloq isə deyib ki, ABŞ və NATO S-400-lə bərabər, Türkiyəyə rusiyalı hərbi mütəxəssislərin gəlməsindən də narahatdır:

"Narahatlığın digər səbəbi isə ondadır ki, S-400-ü F-35-in üzərində bu qırıcının antiradar sistemini sıradan çıxarması üçün sınaqdan keçirməyə türklər rus mütəxəssislərə imkan verə bilərlər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300