"AVRO-2020":Bu gün millimizin rəqibləri müəyyənləşəcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

 

Qaynarinfo xəbər verir ki, İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

 

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edəcək.

 

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

 

 

"AVRO-2020"nin səbətləri

 

Millətlər Liqası səbəti:İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə

1-ci səbət:Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

2-ci səbət:Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

3-cü səbət:Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

4-cü səbət:Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

5-ci səbət:Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları

6-cı səbət:Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino

 

"AVRO-2020"nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq.

 

1-ci tur: 21 - 23 mart

2-ci tur: 24 - 26 mart

3-cü tur: 7-8 iyun

4-cü tur: 10-11 iyun

5-ci tur: 5 - 7 sentyabr

6-cı tur: 8 - 10 sentyabr

7-ci tur: 10 - 12 oktyabr

8-ci tur: 13 - 15 oktyabr

9-cu tur: 14 - 16 noyabr

10-cu tur: 17 - 19 noyabr

 

Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. AVRO-2020-yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq.

 

"AVRO"2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

 

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300