"The Times”: "Rusiyada həkimdən çox falçı və cadugərlərə inanırlar”

 

Rusiyada insanların fövqəltəbii güclər, xürafat və mövhumata çox bağlı olduğu heç kimə sirr deyil. Özü də söhbət təkcə sıravi vətəndaşlardan deyil, yüksək mənsəbli dövlət məmurlarından, oliqarxlardan gedir.

Bununla bağlı Böyük Britaniyanın "The Times” qəzetinin yazarı Mark Bennetsin məqaləsi olduqca maradlıdır.

Müəllif Kremldən çox az bir məsafədə, Moskvanın məşhur Tverskaya küçəsində bir cadugərin ofisinə gedib və onunla söhbət aparıb.

"Mən istəsəm vəfasız kişiləri arvadlarına qaytara bilərəm və ya əksinə...”, - deyə özünü 3-cü nəsil cadugər adlandıran Valeriya adlı qadın müəllifə söyləyib. Bundan başqa, həmin qadın insanları müalicə etdiyini, habelə gələcəkdən xəbər verdiyini bildirib.

"Rusiya prezidenti Vlaidimir Putinin iqamətgahının düz yanında əsl cadugər dünyası hökm sürür. Burada biznesmenlər hansısa sazişi imzalamazdan qabaq onların yanına gəlirlər. Ərlərini spirtli içkilərin aludəçiliyindən qurtarmaq istəyən qadınlar onlardan mədət umurlar. Ölümcül xəstələr həkimlərin deyil, cadugərlərin onların dərdinə şəfa tapacağına inanırlar”, -deyə Bennets yazır.

Məqalədə Rusiyanın falçılıq və cadugərlik sənayesinin illik dövriyyəsinin milyardlarla funtla ölçüldüyü qeyd olunub. Rusiya Elmlər Akademiyasının verdiyi məlumata görə, ölkədə 800 mindən çox cadugər və falçı var (müqayisə üçün: həkimlərin sayı 640 mindir).

Qadınların 67%, kişilərin isə 25%-i həyatlarında ən az bir dəfə falçı və ya cadugərin yanına gedib. Bu sahənin məhv edilməsi ilə bağlı edilən bütün cəhdlər boşa çıxıb.

"Putinin paranormal və ya fövqəltəbii qüvvələrə inandığını söyləmək üçün əsas yoxdur. Lakin onun məmurları "maq”ların xidmətlərindən böyülk məmnuniyyətlə yararlanırlar”,-deyə məqalədə yazılıb.

"Ruisya hakimiyyəti hətta digər dövlətlərlə münasibətlərdə falabaxanların yardımından istifadə edir. Hansısa dövlətlə danışıqlar üçün getdikdə Ruisya nümayəndə heyətinin tərkibində mütləq bir cadugər olmalıdır. Situasiyaya təsir göstərməkdən ötrü, başa düşürsüzmü?”, - deyə Marina adlı başqa bir moskvalı cadugər məqalə müəllifinə danışıb.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300