Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər?

 

Qubad İbadoğlu: "Mikrosahibkarlıq meyarları təsdiqlənməyib deyə...”

Vergilər Məcəlləsi və "Sosial sığorta haqqında” qanuna edilən və bir aydan sonra qüvvəyə minəcək dəyişikliklər cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Xüsusilə sadələşmiş vergi ödəyicisi olan xırda sahibkarla, VÖİN əsasında xidmət göstərən fiziki şəxslərlə bağlı dəyişikliklər maraq doğurur.

Bu dəyişiklikləri şərh edən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, bu sahədə dəyişikliklərin düzgün izahatı üçün ilk növbədə bilmək lazımdır ki, iqtisadiyyatda çalışanlar 2 statusda fəaliyyət göstərir və fərqlənirlər: "Birinci qrup muzdla işləyənlərdir ki, onlarla işəgötürənlər arasında münasibətlər əmək müqavilələri ilə tənzimlənir. İkinci qrup xidmət müqaviləsi əsasında çalışanlardır ki, onları da özlüyündə 2 qrupda təsnifləşdirmək olar: Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə işləyənlər və ya mülki-hüquqi xidmət müqaviləsi ilə, VÖEN-siz çalışanlar. Nəhayət, dəyişikliklər vergi və sosial sığorta ödənişləri baxımından fərqlənir.

Mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə, yəni VÖEN-i olmayanlarla bağlı qaydalar dəyişməyib. Onlara ödənilən məbləğdən ödəmə mənbəyində əvvəlki kimi 25 faiz tutulacaq.

Sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (VÖEN-i olanlar) üzrə məcburi dövlət sosial sığorta ayırmalarında dəyişiklik nəzərdə tutulur. Belə ki, onlar üçün sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə çalışanlar ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər”.

İqtisadçı-alimin sözlərinə görə, VÖEN-lə işləyənlərin hansı verginin ödəyicisi olması məsələsi dəyişikliklərin maraqlı, eyni zamanda hələki tam aydınlaşmamış tərəflərindəndir:"Əvvəla qeyd edim ki, onlar artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin dairəsi xeyli məhdudlaşacaq. Artıq yalnız əhaliyə (VÖEN-i olmayanlara) məhsul təqdim edən pərakəndə ticarət, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları həyata keçirənlər, sabit vergi ödəyiciləri (ev qulluqçuları, bağban, bərbər, dərzi, restoranda ofisiant və sair), ictimai iaşə (dövriyyə 200 min manatdan yuxarı, 8 faizlə) və sair sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Xidmət müqaviləsi ilə işləyənlər çox güman ki, dövriyyələri kiçik olduğundan mikro sahibkarlıq subyektlərinə aid olunacaqlar. Düzü, bu barədə konkret danışmaq çətindir, çünki hələ Nazirlər Kabineti mikro sahibkarlıq subyektləri üçün meyarları təsdiq etməyib. Əgər xidmət müqaviləsi ilə işləyənlər mikro sahibkarlıq subyekti sayılsa, o zaman onlara gəlirlərinin 75 faizi həcmində güzəşt şamil olunacaq, yalnız gəlirlərinin 25 faizindən 20 faiz vergi ödəyəcəklər”.

DÜNYA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300