"Portu"nun baş məşqçisi "Qarabağ"ı delfinə bənzədib

 

"Qeyri-idman şərhçisindən fantastik, amma ziddiyyətli bir şey eşitdim. Məsələn, "Şalke”nin "Qarabağ”dan zəif olduğunu söylədi”.

"Report” xəbər verir ki, bunu Portuqaliyanın "Portu” komandasının baş məşqçisi Serjiu Konseysau Almaniya "Şalke”si ilə
keçirəcəkləri Çempionlar Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis belə fikirlərə önəm vermədiyini, amma komandasının əməyinin minimuma endirilməsinə görə hirsləndiyini ifadə edib. O, "Sportinq”lə müqayisədə daha çətin qrupa düşdüklərini vurğulayıb: "Televiziyada bu cür danışmaqla "Portu”nun gördüyü işləri minimuma endirmək cəhdi məni hirsləndirir. Bu, normal hal deyil. İki köpək balığı və iki delfinin olduğu qrupdan çıxmaq asandır. Biz isə keçilməsi daha çətin olan balanslı qrupa düşmüşük”.

D qrupunda yer alan "Portu” 10 xalla liderdir. Konseysaunun rəhbərlik etdiyi kollektiv "Şalke” ilə görüşdə bir xal qazanacağı təqdirdə, "Lokomotiv” (Rusiya) – "Qalatasaray” (Türkiyə) matçının nəticəsindən aslı olmayaraq, 1/8 finala yüksələcək.

Qeyd edək ki, Avropa Liqasında mübarizə aparan "Qarabağ” noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın digər təmsilçisi "Sportinq”i qəbul edəcək. Qarşılaşma saat 21:55-də başlayacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300