Fransada aksiyalar ictimai nəqliyyatın işində problemlər yaradıb

 

Fransanın paytaxtı Paris şəhərində yanacağın bahalaşmasına qarşı "sarı jiletlər”in etiraz aksiyaları səbəbindən ictimai nəqliyyatın işinə təsir göstərib.

"Report” paytaxtda ictimai nəqliyyatın dövlət operatoru olan RATP (Regie Autonome des Transports Parisiens) şirkətinin saytına istinadən xəbər verir ki, bu gün Mars meydanı, Elise meydanı, Razılaşma (Concorde) meydanı, Port Mayo meydanı, Bastli meydanı kimi ictimai yerlərdə keçirilməsi nəzərdə tutulan nümayişlər səbəbindən şəhər polisinin göstərişilə yerüstü nəqliyyatın bəzi xətləri dəyişilib və ya məhdudlaşdırılmaqla yanaşı, paytaxtın mərkəzində yerləşən 7 metro stansiyası da bağlanıb.

Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Nəticədə 1 nəfər avtomobilin altında qalaraq ölüb, 500-dək də xəsarət alan var. Fransada sürücülərin uniforması olan işıq əks edən sarı örtüklərə görə bu hərəkata da "sarı jiletlər” adı verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300