İlin sonunda əfv olacağı ilə bağlı xəbərlərə reaksiyalar

 

Əliməmməd Nuriyev: "Əfvin nə zaman verilə biləcəyi ehtimalım daha çox Novruz bayramınadır”; Novella Cəfəroğlu: "Yeni ildə əfv olacağına çox ümid edirəm”

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanacağı barədə xəbərlər dolaşmaqdadır. Qarşıdakı bir ayda Əfv Komissiyasının və İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclaslarının intensivləşəcəyi bildirilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, komissiyanın və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin əfv sektoru daimi fəaliyyət göstərir:"Bu qurumlar əfvlə bağlı bütün müraciətləri və sənədləri qəbul etməkdədir. Daxil olan istənilən müraciət Əfv Komissiyasının əsasnaməsinə uyğun olaraq müxtəlif qurumlardan arayışlar alınır. Çünki əfvlə bağlı müraciətlə əlaqədar Penitensiar Xidmət və digər müvafiq qurumlardan rəylər alınmalıdır. Əfv Komissiyasının katibliyi və sektoru bu işləri hər gün həyata keçirir. Bunlar il boyu davam edən proseslərdir. Biz bir qayda olaraq hər ilin sonlarında əfv sərəncamı gözləyən insanlar var. Amma nəzərə alsaq ki, əfv sərəncamı Cümhuriyyətimizin yüz illiyi ərəfəsində imzalanmış və 634 nəfəri əhatə etmişdi.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

 

Ona görə qısa zaman çərçivəsində əfv sərəncamının ola biləcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Amma hər halda bu səlahiyyət cənab prezidentə məxsusdur. Ona görə konkret şəkildə hər hansı bir fikrim yoxdur. Lakin son illərin təcrübəsinə nəzər salsaq, bir qayda olaraq əfv sərəncamları Novruz bayramı ərəfəsində verilib. Ona görə əfvin nə zaman verilə biləcəyi ehtimalım daha çox Novruz bayramınadır, nəinki Yeni ilə. Cənab prezidentin səlahiyyəti olduğu üçün əfv barədə konkret fikir söyləmək mümkün deyil. Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərib məlumatlar hazırlayandan sonra komissiyanın sədri Ramiz Mehdiyevə təqdim edir. Komissiyanın iclaslarının zamanını təyin etmək sədrə məxsusdur. Zamanı gələndə bu iclaslar keçirilir. Məlumatların toplanması çox vacibdir. Bu günlərdə Əfv Komissiyasının iclası keçirilməyib. Bir neçə ay bundan əvvəl komissiya çoxsaylı iclaslarını keçirdi. Sonunda da cənab prezident əfv sərəncamı imzaladı”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu ümidli danışdı:"Bu həftə deyil, gələn həftə işçi qrupunun iclası keçiriləcək. Yenidən əfv məsələsini gündəmə gətirəcəyik. Amma demək olar hər gün işlərimiz çərçivəsində aidiyyəti qurumlarla görüşlərimiz olur və hər görüşdə də bu məsələni gündəmə gətiririk. Hazırda mənim üçün ən vacib olan həbsdə olan Gözəl Bayramlının azadlığa çıxmasıdır. Onun azad olunması üçün bu günə qədər çox çalışmışıq və bundan sonra da bu istiqamətdə işlərimiz davam edəcək. Beynəlxalq təşkilatlar siyasi bir partiya funksioneri olmasına baxmayaraq onun azadlığını çox tələb etmirlər. Çünki o millətçisidir. Vətənini də çox sevir. Necə olur ki, indiyə qədər siyasi motivlə həbs edilən qadınlar olanda beynəlxalq aləm bağıra-bağıra qalmışdı, indi isə susurlar? Bütün siyasi məhbusların azad olunmasını istəyirəm. Amma ilk sırada Gözəl xanımın azad olunması gəlir. Açığı Yeni ildə əfv olacağına çox ümid edirəm. Bu yöndə ümidlərimiz hər zaman var”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300