Xəzərin suyu çəkildi, İran limanı yararsız hala düşdü 

 

Rusiyanın son illər Volqa çayı üzərində qurduğu su anbarları çayın töküldüyü Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olub. Artıq bu səbəbdən dənizin İrana aid hissəsində bəzi limanlar yararsız hala düşüb.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Xəzərin İran sahillərində sular 400 metrədək çəkilib. İranın şimal-şərqində yerləşən Gülüstan əyalətindəki Gez limanı istifadəyə yararsız hala düşüb, Türkmən şəhərindəki Türkmən limanı isə öz əvvəlki əhəmiyyətini itirib.


 

Mənbə yazır ki, ətraf mühit və insan faktorunun təsirindən qurumaq təhlükəsi ilə üz-üzə qalan Xəzər dənizində sularının çəkilməsi Rusiyanın Volqa çayı üzərində su anbarlarını qurmasından sonra bir az da sürətlənib. Volqa çayı Xəzərin su ehtiyatının təxminən 85 faizini təmin etdiyindən bu suyun çəkilməsinə yol açıb.

Gez ərazisində 40-50 il əvvələ qədər mayak kimi istifadə olunan tikili sular çəkildiyindən artıq adi qüllə rolunu oynayır.


 

Gülüstan Liman və Dənizçilik İdarəsinin sədri Allahyar Əsədi bildirib ki, limanların olduğu bölgədə artıq suyun səviyyəsi təxminən 70 sm enib və sular 400 metr geri çəkilib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Volqa çayı üzərində iki iri su anbarı tikməsidir: "Xəzərin suyunun çəkilməsi bir sıra vacib məsələləri gündəmə gətirir. Əgər bu proses davam edərsə, Xəzər dənizindəki Gürgan körfəzi quruya bilər. Bu körfəzin quruması isə əyalətdə qum fırtınasına yol açacaq. Bundan əlavə, bir sıra təbii fəlakətlərin olması da qaçılmazdır”.


 

Əsədi həmçinin bildirib ki, İranın Gülüstan əyalətinin 131 kilometr sahil zonası var. 100 il əvvəl İmam Xomeyni (Şahpur) limanına gələn mallar Türkmən limanı vasitəsilə Bakı limanına göndərilərək SSRİ ilə ticarət əlaqələri qurulurdu. Suların çəkilməsindən sonra isə həmin ərazilər qumsallıqlara çevrilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300