"Dilənib iki nəvəmi saxlayıram"- Soyuqda dilənən yaşlı qadının acı etirafı

 

Son günlər yaşlı qadınların diləndiyinin tez-tez şahidi oluruq. Ürəkağrıdan məqamlardan biri də, onların saatlarla soyuq havada, çətinliklə də olsa dilənmələridir. Bəs görəsən onları bu işə vadar edən kimlərdir və ya hansı səbəblərdir?

Mövzumuza uyğun olaraq yolüstü yaşlı bir qadının soyuq havada divara qısılaraq diləndiyinin şahidi oldum. Yalvarıb-yaxarıb pul istəyən küçə dilənçilərindən fərqli olaraq, susqun halda, soyuqdan titrəyən əlini açıb dayanmışdı. Üz ifadəsinin arxasında isə dərdli bir həyat hekayəsinin olduğu sezilirdi. Adının Emira Osmanova olduğunu deyən yaşlı qadından dilənməyinin səbəbini soruşdum. Cavabında isə bunları dedi: "Heç kimim yoxdur, olsaydı qoca yaşımda küçələrdə niyə qalırdım. Bir oğlum var idi. O da həbs müddətində xəstələndi. Xəstələndiyi vaxtlarda imkan tapıb ona baş çəkə bilmədim. Müalicə də etdirmədi, axırda qarnına su yığılıb öldü. O vaxtdan dilənib onun iki övladına baxıram. Birinin 5, digərinin isə 7 yaşı var. Soyuqdan və acından ölürəm. Özüm də xəstdə adamam, ayağım tutulur, çox yeriyə bilmirəm."

Qohum-tanışlarının da köməyi olmayan qadın yalnız pensiyanın yardımı ilə yaşadığını bildirdi: "Özüm "Karyer" deyilən ərazidə kirayə qalıram. Pensiyadan aldığım 120 manatın 100 manatına kirayə haqqına verirəm.

Nə qədər pul qazandığını soruşduqda isə qəpikləri göstərdi: "2 saata qazandığım bunlardı. Soyuqdan və acından ölsəm də pulları xərcləmirəm ki, evimə aparım.

Yaşlı qadınların dilənməsi cəmiyyətimizdə kifayət qədərdir. Qış fəslinin yaxınlaşdığını nəzərə alsaq, deyə bilərik ki, onların işi ikiqat çətinləşəcək.

Daha ətraflı videomatrealımızdan izləyə bilərsiniz:


 

Elçin Əkbərov, Musavat.com


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300