Ortopedlər "smartfon ənsəsi”nə qarşı diqqətli olmağa çağırırlar

 

Müasir dövrümüzdə gənclər hər gün orta hesabla iki saatını smartfon və ya planşet qarşısında keçirir. Ortopedlər bu aludəçiliyin boyun, ənsə və ümumilikdə onurğa sütunu üçün ciddi və qalıcı təsirləri barədə xəbərdarlıq edirlər.

AZƏRTAC xəbər verir ki, ortopedlər arasında "rəqəmsal iflic” adını alan yeni tendensiya gün ərzində az hərəkət edən insanların bədənin müəyyən dəyişməz vəziyyətində uzun müddət vaxtını smartfon, kompüter və ya planşet qarşısında keçirməsinə deyilir.

Avstriya Ortopedlər Cəmiyyətinin prezidenti Ronald Dorotka bildirib ki, hərəkət azlığı və bədənin uzun müddət qeyri-düzgün vəziyyətdə saxlanması onurğa sütunu üçün həyəcan siqnalıdır. Onun sözlərinə görə "smartfon ənsəsi” (qeyri-ixtiyari olaraq uzun müddət boynunu qarşıya əymək) boyun fəqərələrinin yırtığına səbəb ola bilər. Başın irəli doğru əyilmiş vəziyyətdə uzun müddət saxlanması boyun fəqərələri üçün orta hesabla 20 kiloqram yük təsiri yaradır ki, bu da əzələlərin gərilməsi, boyun və baş ağrıları, sonrakı mərhələlərdə isə fəqərə problemlərinə yol açır.

Ortopedlər gənc nəslin düzgün bədən quruluşu ilə böyüməsi üçün valideynləri və tədris müəssisələrini diqqətli olmağa çağırıblar. Dərs saatlarını asudə vaxt və hərəkətin bol olduğu sərbəst saatlarla kombinasiya etmək, sağlam qidalanmaq və gün ərzində hərəkətliliyi təmin etmək, xüsusilə də gərəksiz yerə smartfon, planşet və oyun kompüterlərindən kənar olmaları gənclərin sağlamlığı üçün önəmli şərtlər hesab edilir.

Müasir dövrdə yuxarıda qeyd edilən qurğulardan vaxtaşırı istifadə "smartfon ənsəsi” ilə yanaşı, barmaqlarda kapilyarlar və vətərlər üçün problemlərə yol açan "SMS baş barmağı” fenomeninə də yol açır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300