İlk miqrant karvanı ABŞ sərhədinə çatdı

 

Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 2 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb.

Azvision.az xəbər verir ki, Tixuananın yerli məmurları şəhərin yalnız 700 miqrantı saxlamaq iqtidarında olduğunu bildiriblər. Bu səbəbdən də, miqrantlar hələlik onlar üçün ayrılan idman salonu və stadionda yerləşdirilib.

ABŞ-ın sərhəd-gömrük işçiləri gün ərzində ən çox 100 miqrantın müraciətinə baxdığından, Latın Amerikasından gələn miqrantların Tixuanada aylarla qalıb gözləməli olacaqları ehtimal edilir.

BMT-nin statistikasına əsasən, ABŞ-a yola düşən 7 mindən çox miqrantın 2300-dən çoxu uşaqlardır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhədə 15 min əsgər göndərəcəyini bildirmişdi.

O, həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300