Barak Obama demokratların qələbə şansına çevrilib

 

Keçmiş prezident partiyasının boz kardinalı olmağa hazırlaşır

Barak və Mişel Obama cütlüyü ABŞ siyasi gündəminin əsas mövzusna çevrilib.

"Obama artıq siyasi ağsaqqal rolunda deyil, narahat vətəndaş və eks-prezident kimi proseslərdə aktiv şəkildə iştirak edir. Onun əsas hədəfi Donald Trampın ikinci dəfə prezident seçilməməsinə nail olmaqdır. Obama üçün tipik sayılan tərəddüd və qərarsızlıq dövrü geridə qalıb. Bu da onun fanatlarını sevindirir”, - deyə "Stern” jurnlalından Nikola Bükse yazır.

Siyasi müşahidəçilərin rəyinə görə, ABŞ-da keçirilən son aralıq seçkiləri Barak Obama və Donald Tramp arasındakı mücadiləni xatırladıb. Eks –prezident Mayamidəki çıxışında xələfini "panikaya qapılan yalançı” deyə təsvir edib.

"Obamının bir çox tərəfdarı onun, nəhayət ki, rəqibi haqqındakı sərt sözlərindən şad olublar. Bir çoxlarının məhz bu ritorika ürəyincə imiş,”-deyə Nikolas Bükse bildirir.

Hər halda Barak Obmanın seçki prosesinə qoşulması öz bəhrəsini verib. Brukinq institutunun təsbitinə əsaəsn, Barak Obamanın mitinqlərdə dəstəklədiyi 74 namizəddən 39-u seçkilərdə qalib gəldiyi halda, Trampın aktiv şəkildə dəstəyinə qoşulduğu 75 namizəddən sadəcə 21-i qələbə qazanıb.

Картинки по запросу obama midterms 2018

 

"Obama o dərəcədə populyarlaşıb ki, onun şəxsi fotoqrafı Pit Souzanın Donald Trampın səfeh tvitləri ilə keçmiş prezidentin eyni sosial şəbəkədəki hesabında yazdığı savadlı və normal mesajlarının müqayisə olunduğu kitabı ABŞ-da bestsellerə çevrilib. O, hər bir çıxşına görə minimum 300 min dollar alır və səyahət etdiyi dünyanın hər yerində böyük hörmət görür,”- deyə müəllif bildirir.

Onun həyat yoldaşı Mişel Obama isə yeni çıxan "Təşəkkül "adlı avtobioqrafik kitabına görə nəşriyyatçıdan 65 milyon dollar pul alacaq. Kitabda Barak Obamanın da əməyinin böyük rol oynadığı bildirilir.

Картинки по запросу barack and michelle obama becoming

 

"Kulislər arxasında isə Barak Obama arıtq boz kardinal olaraq 2020-ci ild prezident seçkilərində siyasi qayıdışını qeyd etməyə hazırlaşır. Bu məqsədlə keçmiş prezident demokratlar sırasından bütün potensial namizədlərlə, o cümlədən nüfuzlu senatorlar, habelə keçmiş vitse-prezindet Co Baydenlə təmaslarını sıxlaşdırıb”,-deyə jurnalist xəbər edir.

Картинки по запросу obama midterms 2018

 

"Obamanın fikrincə, demokratlar qalib gəlmək üçün proqram hazırlamalı, siyasi ulduzlarını yetişdirməlidir. Lakin öz irsini qorumaqdan ötrü keçmiş prezident yeni Obamanı da tapmalıdır,”-deyə Nikola Bükse sonda qeyd edir.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300